Xəta əhlinin 7 sifəti
"Nəhcül-bəlağə”də İmam Əlinin (ə) Malik Əştərə verdiyi nəsihətdə oxuyuruq:
"Bil ki, rifah zamanı rəiyyətdən heç kəs xüsusi insanlar kimi (xata əhli kimi) valiyə qarşı çox xərcli, çətinlik zamanında az yardım edən, insaf zamanı narazı olan, istək və xahişlərində təkid edən, bəxşiş zamanı az təşəkkür edən, ətadan uzaqlaşdıran zaman gec üzrü qəbul edən, ruzigarın hadisələrində səbirsiz deyildirlər”. Bu nurani hədisdə xata əhlinin 7 sifətinə işarə edilmişdir ki, onlarla tanış olaq: 1. Yersiz gözləntilər. Xata əhli malik olduğu qüdrətə görə bəzən özlərini başqalarından üstün hesab edirlər və özlərini avam insanlardan daha yüksək məqamda sayırlar. Ona görə də cəmiyyətdən gözləntiləri başqalarından daha çox olur. Beytul-maldan daha çox bəhrələnmək istəyirlər. 2. Az səy. Parlaq keçmişləri bəzən bu insanları təkəbbürə düçar edir ki, cəmiyyətin onlara borclu olduğunu təsəvvür edirlər. Ona görə də məsuliyyət altına girmir və avam insanları bu çatışmazlıqları aradan qaldırmaq üçün məsul hesab edirlər. 3. İnsafdan qaçmaq. İmam Əli (ə) buyurur: "Zaman sahiblərinin yaxın və xüsusi insanları vardır ki, təkəbbürə, əllərinin uzun olmasına, az insaflı olmağa adət ediblər”. 4. Çox təkid etmək. Xata əhli özlərinə vurğun olduqları üçün cəmiyyətdən özlərinə qarşı çox sayda haqlar tələb edirlər. Bu istəklərinə çatmaq üçün geri çəkilmirlər. 5. Az təşəkkür etmək. Bu xüsusi insanların validən olan istəklərinə baxmayaraq, cəmiyyətin ən az təşəkkür edən fərdləri hesab olunurlar. 6. Üzr qəbul etməmək. Nə zaman istəklərinə qarşı üzr gətirilər, onu asanlıqla qəbul etməzlər. 7. Səbirsizlik. Öz mənfəətlərinə çatmaq üçün çox səbirsizdirlər və çətinliyə dözə bilmirlər. /Deyerler.org/ Oxşar xəbərlər
|