Şeytana möhlət olaraq verilən “məlum gün” hansıdır?
Şeytan anlayışı haqqında baxışlar müxtəlifdir. Kimisi onu mənəvi bilir, kimisi isə onu insanın əmmarə nəfsinə ( pisliklərə əmr edən) nisbət verir.
Amma aşkar Quran ayələrinə əsasən onun müstəqil bir varlığ olduğunu aşkar şəkildə ğörmək olur. Şeytanın işlərinə və fəaliyyətinə gəlincə bu barədə də baxışlar müxtəlifdir. Şəhid Mürtəza Mütəhərri "İlahi ədalət” kitabında şeytanı -insanda olan qabiliyyətləri feliyyətə çevirən katalizator adlandırıb. Katalizator kimyəvi reaksiyanı sürətləndirən amma özü reaksiyaya girməyən hər hansı bir maddədir. Şeytan insanla bərabər günaha qarışmır, insanı hər hansı bir işə vadar eləmir, sadəcə olaraq işi ona gözəl göstərir. Bundan sonrası isə artıq insana qalıb. Şeytanın nə vaxta qədər bizimlə bərabər olacağı, insanları nə vaxta qədər yoldan azdıracaqı barədə fikirlər hər kəsi düşündürür. Görəsən Adəm övladı var olduqca onun Şeytan adlı "həmkarı” daima onunlamı olacaq? Qurani Kərim ayələrinə əsasən Allah-Təala Şeytana məlum olan günə qədər möhlət vermişdir. "(Allah) buyurdu: Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər!" ( Hicr-37-38) Məlum olan vaxt barəsində nəzər və fikirlər müxtəlifdir. Bəzi alimlər həmən günü yer üzündə ilahi hakimiyyətin qurulacağı zamana nisbət vermişlər. Bu barədə bir çox təfsir kitablarında , o cümlədən Mərhum Əllamə Təbətəbainin Əl Mizan təfsirində bu məsələyə yerüzündə ədalətin bərqərar olacağı, insanların səadətə yetişəcəyi,günahların tərk ediləcəyi, saleh bəndələrin ilahi hakimiyyət quracağı günə nisbət verib. O zaman yer üzündə küfrün kökü kəsiləcək, yalnız Allaha pərəstiş öz həqiqi yerini tutacaqdır. "Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq". ( Ənbiya-105) Şeytanın ömrünü rəcət hadisəsi ilə bitirənlər də vardır. Motəbər rəvayətlərə əsasən qiyamət surundan qabaq rəcət-məsumların (ə) və qatı mömünlərin dirilişi baş verəcəkdir. Şeytanı da Allah Rəsulu (s) öldürəcəkdir. Amma Şeytana verilmiş möhlətin bitməsi, onun insandan əl götürməsi barəsində ən məşhur nəzər surun çalınacağı, qiyamətin qopacağı gündür. Qiyamət günü bütün məxluqatın həlak olub yenidən rəbbinin hüzurunda tpolaşacağı gündür. Bu günə qədər Adəm övladı Şeytan və öz əmmarə nəfsi ilə daim cihad halında olacaqdır. Oxşar xəbərlər
|