MƏRİFƏT ƏHLİNİN TÖVSİYƏSİ
İnsanın özünütərbiyədə müvəffəqiyyətə çatması üçün əxlaq alimlərinin bir sıra tövsiyələri vardır. Onlardan bəziləri ilə tanış olaq: -İnsan hər şeydən əvvəl tövbə etməklə nəfsini çirkinliklərdən təmizləməlidir; tövbə məqsədi ilə qüsl edib, batini aləmin paklanmasında ilahi yardımdan faydalanmaq lazımdır;
-Allahı davamlı şəkildə xatırlamaq; -Günün sonunda yaxşı və pis əməllərin hesabı; -Zərurətdən artıq danışmamaq; -Az yemək; -Daim dəstəmazlı olmaq. İslam Peyğəmbərindən nəql olunur ki, Allah-təala buyurmuşdur: «Dəstəmazı batil olandan sonra onu təzələməyən, dəstəmazını təzələdikdən sonra iki rəkət namaz qılmayan Mənə cəfa etmişdir. Namaz qıldıqdan sonra dünya və axirəti üçün dua edənin duasını qəbul etməsəm, mən ona cəfa etmiş olaram. Mən isə cəfa edən deyiləm». - «Ya həyyu, ya qəyyum, ya mən la ilahə illa əntə» zikrini daim vird etmək (dodaqaltı söyləmək); - Gündə bir dəfə uzun səcdə; - Hər gün bir qədər Quran oxuyub mənalarını düşünmək; - Gecə namazı qılmaq. Qeyd olunmuş tövsiyələrə 40 gün ardıcıl əməl edən insan bunun nəticəsini və qəlbində əhəmiyyətli dəyişikliklərin baş verdiyini hiss edəcəkdir. Oxşar xəbərlər
|