Yerin varisləri olan üstün insanlar
Mьəllif: admin1
Tarix: 23-06-2022, 10:01
Yerin varisləri olan üstün insanlar
"Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından)sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. ("Ənbiya” 105).

Bəli, bu ayədən də göründüyü kimi, Allahın mömin bəndələri yerin varisləri hesab olunur. Allahın başqa səma kitablarında da bu cür ayələrə çox rast gəlmək olur.

Allah Təala bəzi ayələrində buyurur ki, təvazökarlar yerin varisləridir. Bəzi ayələrində Allaha təvəkkül edənləri varis hesab edir. Lakin bu ayələrdə əsil məqsəd – həqiqi möminlərdir ki, Allaha qəlbən iman bəsləyir və saleh əməllər yerinə yetirirlər.

Allahın saleh və mömin bəndələri o kəslərdir ki, əməl, elm, qüdrət, tədbir və ictimai dərk cəhətdən daha üstün insanlardırlar və bu insanların varis olmağa ləyaqətləri vardır. Çünki özlərində bu xüsusiyyəti icad edə biliblər. Allah da onlara bu yolda yardım etmişdir və onları yer üzündə Öz varisi etmişdir.

Bəzi hədislərimiz bu ayəni İmam Zamanın (ə.f) tərəfdaşlarına aid etmişdilər. Belə ki, İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: "Bu ayədə yerin varisləri ünvanı ilə adı çəkilən layiqli bəndələr – axəril-zamanda Məhdinin (ə.f) dostlarıdır”.

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Qalib olmaq Yer kürəsinin layiqlilərinə aiddir və bu, Allahın dəyişməz qanunudur.

2. Salehlərin qələbə çalması abidlərin qəlbləri üçün ümid nurudur.

3. Allahın bəzi qanunları İlahi səma kitablarında təkrar olmuşdur ki, hamı ondan xəbərdar olsun.

4. Əgər siz də yerin varisləri olmaq istəyirsinizsə, əməllərinizə diqqət edin.



/Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031