Günahların kəffarəsi
İmam Baqir (ə) buyurub: "Üç şey günahların kəffarəsi olar: 1. Qışda şad halda dəstəmaz almaq; 2. Gecə-gündüz məscidə getmək; 3. Camaat namazı.” ("Nəsayih”, səh. 151.) "Namazda ətir vuranın hər rükətinin savabı min bərabər olar.” ("Adabuş-şəriət”, səh. 132.) Peyğəmbər (s) buyurub: "Hər kəs hər bir namazdan sonra "Ayətəl-kürsü” oxusa, onunla cənnət arasında ölümdən başqa heç nə fasilə salmaz. Əgər yatmazdan qabaq oxusa, Allah onu və qonşularını bəlalardan qoruyar.” ("Biharul-ənvar”, c. 89, səh. 269.)Üzüklə namaz qılmağın fəziləti Peyğəmbər (s) buyurub: "İki rəkət əqiq üzüklə qılınan namaz, yetmiş rəkət üzüksüz qılınan namazdan üstündür.” ("İrşadul-qülub”, c. 1, səh. 154.) İmam Sadiq (ə) buyurub: "Əqiq üzüklə Allaha uzanan əllər ən üstün əllərdir. Əqiq üzük taxan şəxs kasıb olmaz və səfərdə amanda olar.” ("İrşadul-qülub”, c. 1, səh. 154.) Oxşar xəbərlər
|