Amənər-rəsul ayəsi Bəqərə surəsinin axırında yerləşən iki ayədir. Ayə demək olar ki, bu surəni sonda özündə cəm edib qısa bir şəkildə ifadə edir. Çünki Bəqərə sürəsində Allaha etiqaddan, peyğəmbərləri tanımaqdan, ölümdən sonrakı həyatdan, mələklərə imandan, səmavi kitablara etiqaddan bəhs edir. Quranın ən böyük surəsidir. Amənər-rəsul ayəsi isə böyük sürəni, hətta demək olar ki, bütöv Quran möhtəvasını özündə cəm edən ayədir.
Bu ayə iki hissədən ibarətdir. Birinci hissədə sanki Allah Təala danışır, möminləri sifətlari ilə vəsf edir. İkinci hissədə isə bəndə rəbbi ilə razu-niyaz edir. Bəzi mötəbər mənbələrdə bu ayənin merac gecəsində peyğəmbərə nazil olduğu qeyd edilir. Allah-Təala möminləri öz rəsuluna vəsf etmiş, peyğəmbər də (s) öz ümməti üçün dua etmişdir.
İbn Kəsir öz təfsirində bu ayənin merac gecəsi asimanda nazil olduğunu yazır (Cild-1. Səh-349). Həmçinin Qumi təfsirində (Cild-1. S-122) və Nurus-Səqəleyn təfsirində (Cild-1. Səh-306) İmam Sadiqdən (ə) hədis qeyd olunur ki, bu ayə merac gecəsi asimanda nazil olub və bu ayələr sidrətul müntəhada Allah Təalanın öz peyğəmbəri ilə vasitəsiz nidası və peyğəmbərin (s) duasıdır.
Bu ayənin oxunmasını peyğəmbər (s) və məsum imamlar (ə) tövsiyyə etmiş, onda böyük xeyirin, bərəkətin olduğunu vurğulamışlar. Hətta Peyğəmbər (s) buyurub: Bu ayə mənə ərşin altındakı xəzinədən əta olunmuşdur.
(İbni Kəsir və Fəzailiul Quran). İbn Abbasda nəql olur Peyğəmbər buyurub: Fatihətul-kitabla, Amənər-rəsul məndən başqa heç bir peyğəmbərə əta edilməyib (Fəzailul-quran Nəsai. Məcməul-bəyan. Fəzailu suvər və ayətul-quran.cild-1. səh-176).
İmam Əlidən (ə) nəql olunub: Kim islamı kəşf edə (dərk edə) Ayətəl-kürsü və Amənər-Rəsulu oxumadan yatmaz (İnb Kəsir. Cild-2. Səh-349).
Allah Rəsulu (s) buyurub: Hər kim gecə Amənər-rəsulu oxusa ona kifayət edər (İbn Kəsir və Məcməul-bəyan təfsiri).
Y.Nuriyev