Bəlanı geri qaytarmaq, qəzanı dəyişmək üçün əməl
Hədislərin nəzərində duanın dəyərinə diqqət edək
1. Dua – Allah yanında ən sevimli əməldir. Əmirəl-möminin (ə) buyurur: "Sübhan Allahın yanında yer üzərindəki ən sevimli əməl – dua və ən üstün ibadət – iffətdir”. 2. Dua – dinin sütunu, səmanın və yerin nurudur. Həzrət Peyğəmbər (s) buyurur: "Dua – möminlərin silahı, dinin sütunu, yerin və göyün nurudur”. 3. Dua – insanı düşmənlərin şərindən qoruyar. Həzrət Peyğəmbər (s) buyurur: "Sizə elə bir silah nişan verimmi ki, sizə düşmənlərdən nicat versin və yağışın sizə nazil olmasına səbəb olsun?”. Deyirlər: "Bəli”. Buyurur: "Allahı gecə-gündüz çağırın ki, dua – möminlərin silahıdır”. 4. Bu ayədəki məqsəd – duadır: "Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur”. ("Fatir” 2). İmam Sadiq (ə) buyurur ki, bu ayədə adı çəkilən rəhmət – duadır. 5. Dua – hər bir dərdin şəfasıdır. Muhəmməd ibni Müslim nəql edir: "İmam Baqir (ə) mənə buyurdu: "İstəyirsənmi ki, sənə elə şey öyrədim ki, ölümə də şəfa verər?”. Dedim ki, bəli. Buyurdu: "Dua”. 6. Dua təqdiri dəyişdirər. İmam Sadiq (ə) buyurur: "Dua, qəti qəzanı geri qaytarar. Ona görə də çoxlu dua edin ki, dua – hər rəhmətin açarıdır. Duadır ki, hər hacəti yerinə yetirər”. 7. Dua, bəlanı geri qaytarar. İmam Sadiq (ə) buyurur: "Hər kim qorxarsa ki, ona bəla dəyər – o zaman dua etsin. Allah da onu bəlaya giriftar etməz”. 8. Dua, Qiyamətə qədər bəlanın qarşısını alar. İmam Rza (ə) buyurur: "Atamdan eşitmişəm ki, buyurub: "Dua bəlanı qarşılamağa gedər və Qiyamət gününə qədər bir-biri ilə razılığa gələrlər””. 9. Dua edənin əli boş qayıtmaz. İmam Sadiq (ə) buyurur: "O bəndə ki, əlini Əziz, Cəbbar olan Allaha tərəf yuxarı qaldırar, Allah əlini boş qaytarmaq üçün həya edər və onu Öz rəhməti ilə doldurar”. /Deyerler.org/ Oxşar xəbərlər
|