İmam Sadiqin (ə) davamçısının fəsadçı qonşusu necə hidayət oldu?
Mьəllif: admin1
Tarix: 13-07-2022, 18:03
İmam Sadiqin (ə) davamçısının fəsadçı qonşusu necə hidayət oldu?
Qonşu gərək öz qonşuluq haqqına riayət etsin. Mehriban dost kimi qonşusu ilə rəftar etsin. Həyatın çətin anlarında onun dayağı və köməyi olsun. Ancaq Əbu Bəsirin qonşusu belə bir insan deyildi.

Bəni-Abbasın dövründə onun gəlirli bir peşəsi var idi. Əbu Bəsir onun haqqında deyir: "Qonşumun bir neçə ğina oxuyan və oynayan kənizləri var idi. Ona görə də daima ləhv məclisləri təşkil edər və şərab içərdilər.

Mən Əhli-Beyt (ə) məktəbi tərəfindən tərbiyə olunduğum üçün, bu vəziyyətdən nigaran olurdum. Ruhiyyəm incidilirdi, çox əziyyət çəkirdim. Dəfələrlə yumşaq dillə bu haqda qonşumla danışmışdım. Ancaq qulaq asmırdı.

Bir gün mənə dedi: "Mən şeytana və nəfsimə düçar olan insanam. Sən əgər mənim bu vəziyyətim barəsində böyük İmam Sadiqə (ə) danışsan, bəlkə İmamın (ə) diqqəti ilə bu şər və bədbəxtlikdən nicat tapa bilərəm”.

Sözünü qəbul etdim və bir müddət sonra Mədinəyə İmamı (ə) görmək üçün getdim. İmama (ə) qonşumla bağlı nigarançılıqlarımı söylədim.

İmam (ə) buyurdu: "Kufəyə qayıdan zaman səni görməyə gələcəkdir. Mənim adımdan de ki, əgər çirkin işlərini tərk etsə, bütün günahları ilə rabitəsini kəssə, behişti ona zəmanət verərəm”.

Kufəyə qayıdan zaman dostlarım məni görməyə gəldilər, o da gəldi. Ona dedim: "Getmə, sənə sözüm vardır”.

Otaq xəlvət olandan sonra İmamın (ə) sözünü ona çatdırdım və İmamın (ə) salamını ona dedim.

Qonşum təəccüblə mənə baxıb dedi: "Səni Allaha and verirəm! İmam Sadiq (ə) mənə salam göndərib və behişti mənə zəmanət edibdir?”.

And içdim ki, belədir.

Dedi: "Əbu Bəsir, mənə kifayətdir”. Bir neçə gündən sonra mənə xəbər göndərdi ki, səni görmək istəyirəm.

Evinə getdim və qapının arxasında əynində libası olmayan halda mənə dedi: "Əbu Bəsir! Malik olduqlarımı müəyyən yerlərə çatdırdım və bütün haram malımdan yüngülləşdim. Bütün günahlarımla əlaqəmi kəsdim”.

Onun üçün paltar göndərdim və bəzən də onu görməyə gedirdim və çətinliklərini həll etməyə çalışırdım. Bir gün xəbər verdilər ki, xəstə yatağındadır və onu görməyə getdim.

Can verən halda gülümsəyib, mənə dedi: "Əbu Bəsir! İmam Sadiq (ə) vədəsinə vəfa etdi”. Sonra da dünyasını dəyişdi.

Həcc zamanı həccə getdim və İmamla (ə) görüşdüm və İmam (ə) mənə buyurdu: "Əbu Bəsir! Mən qonşunla bağlı verdiyim vədəyə vəfa etdim””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031