Tövbə edərkən, pisliklər necə yaxşılıqlara çevrilir?
Mьəllif: admin1
Tarix: 16-07-2021, 09:41
Tövbə edərkən, pisliklər necə yaxşılıqlara çevrilir?
"(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək, onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. ("Furqan” 70).

Allah Təala buyurur ki, insan tövbə edən zaman pislikləri yaxşılıqlara çevrilir? Bəs bu, necə baş verir?

1. O zaman ki, insan tövbə edir, varlığında şox özünəməxsus bir dəyişikliklər baş verir. Bu dəyişikliyə görə də pis əməlləri yaxşı əməllərə çevrilir.

Əgər keçmişdə kimisə qətl edibdirsə, gələcəkdə onun yerini məzlumları müdafiə etmək tutacaqdır. Əgər zinakar olubdursa, sonralar iffətli və pak ətəkli olacaqdır. Bu, Allahın insana tövbə etdiyi üçün verdiyi inayətlərdir.

2. İnsan tövbə edən zaman Allah pis əməllərini məhv edər və yerində həsənə əməllərini otuzdurar. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü olan zaman bəzi insanları hazır edərlər və Allah əmr edər ki, onun səğirə günahlarını özünə təqdim etsinlər, kəbirə günahlarını isə örtsünlər.

Ona deyilər: "Sən filan gündə filan səğirə günahı etmisən”.

O da etiraf edər. Ancaq qəlbində kəbirədən qorxan haldadır. Burada Allah nə zaman istəsə, ona lütf edər və əmr edər ki, pis əməlləri yerinə ona həsənə versinlər.

O, ərz edər: "Pərvərdigara! Mənim mühüm günahlarım vardır ki, onları burada görmürəm”.

Bu yerdə Peyğəmbər gülümsəyən halda bu ayəni tilavət edir: "Allah onların günahlarını yaxşılıqlara çevirər”.

3. Təfsirdə deyilir ki, pis əməl deyildikdə, əməlin özü nəzərdə tutulmur, pis əməldən insan ruhuna əyləşən pis təsir nəzərə alınır.

O zaman ki, insan tövbə edər və iman gətirər – həmin pis təsir insan ruhundan qopar və xeyir təsirə çevrilər. Budur həmin ayənin mənası.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930