Duanın həyata keçməsinin 5 açarı
Mьəllif: admin1
Tarix: 16-07-2017, 08:28

 Duanın qəbul olmasının öz qayda və şərtləri vardır ki, əgər dua onlara riayət olaraq yerinə yetərsə, bu zaman həyata keçmək şansı xeyli artar. Onlarla tanış olaq.

 

1. Allahı tanımaq. Hədislərimiz buyurur ki, duanın həyata keçməsində əsil şərt – Allahı və Onun tövhidini tanımaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər sizin Allaha mərifətiniz kamil olarsa, sizin duanızla dağlar aradan gedər”.

 

2. İnsan yəqinə çatmalıdır ki, bütün yaxşılıqlar Allahın yanındadır. İnsan özünü hər bir anda Allaha möhtac bilməlidir və hər an Allahdan yardım istəməlidir. Necə ki, Quranda Musa (ə) dualarında özünü Allaha möhtac bilir və buyurur: «Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam». ("Qəsəs” 24).

 

3. Duanın yerinə yetəcəyinə imanın olması. Bəndə dua edən zaman onun yerinə yetəcəyinə gərək ümid bəsləsin və bilsin ki, Allah onun səsini eşidir. Onun hacətini yerinə yetirməyə qadirdir. "Rəbbiniz buyurdu: "Məni çağırın ki, Mən də duanızı qəbul edim””. ("Ğafir” 60).

 

4. Allahdan qeyrisindən ümidsiz olmaq. Duanın yerinə yetməsinin şərtlərindən biri də Allahdan qeyrisindən ümidi kəsməkdir. İmam Səccad (ə) buyurur: "Şükür olsun Allaha ki, Ona ümidim vardır, nəinki Ondan qeyrisinə. Əgər qeyrisinə ümidim olsaydı, məni ümidsiz qoyardı”. 

 

5. Allahın nemətlərini saymaq. Duanın yerinə yetmə şərtlərindən biri də Allahın insana verdiyi nemətləri dilə gətirməkdir. İmam Səccad (ə) buyurur: "Ey Allah! Bu, Sənsən ki, müxtəlif nemət və ehsanlarınla uşaq olan zaman məni yetişdirdin və böyüyən zaman başıucalıq və gözəl ad verdin”.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930