Hansı yerdə qeybət etmək icazəlidir?
Mьəllif: admin1
Tarix: 16-07-2021, 09:45
Hansı yerdə qeybət etmək icazəlidir?
Günahlarda olan istisnalarla daha yaxından tanış olmaq üçün qeybətdə olan istisnalara diqqət edək. Qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır.

Quran ayələrində və hədislərdə qeybət şiddətli surətdə qadağan olunmuşdur. Qeybət bir müsəlmanın ardınca danışıb, onun gizli eyblərdən birini faş etməyə deyilir.

Amma başqasının aşkarda olan eybini danışmaq məzəmmət məqsədi ilə olmasa, eybi yoxdur.

İmam Sadiq (ə) buyurur: «Qeybət odur ki, müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş edəsən».

«Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq: «Bir-birinizin qeybətini etməyin. Hansı biriniz ölmüş qardaşının ətini yeməkdən zövq alır? Əlbəttə, heç biriniz. Sizin bu işdən acığınız gəlir».

Qeybət eləməyin pislənməsinə aid hədislər çoxdur. Lakin burada iki hədislə kifayətlənirik.

İslam Peyğəmbəri (s) buyurur: «Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur».

Allah-təala Musa peyğəmbərə belə vəhy etdi: «Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq. Qeybətlə məşğul olduğu halda dünyasını dəyişən şəxs isə hamıdan birinci cəhənnəmə daxil olacaq».

Qeybətin bu cür ağır günahlardan olmağına baxmayaraq, bəzi hallarda qeybət etmək caiz və hətta vacib olur. Böyük alim, mərhum Şeyx Ənsari özünün «Məkasib» kitabında yazır:

Müsəlmanın qeybətini etməkdən məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı məhdud deyil. İstisnalardan bir neçəsini qeyd edirik:

1. Aşkarda günah edən şəxsin etdiyi günahlar haqqında qeybətini etmək.

2. Zalım şəxsin qeybətini etmək.

3. Bir kəsə məsləhət verən zaman qeybət etmək.

4. Günahdan çəkindirmək üçün bir şəxsin qeybətini etmək.

5. Mühüm və böyük bir fəsadın qarşısını almaq üçün qeybət etmək. Misal üçün bidətçi şəxsin qeybəti.

6. Məhkəmə zamanı şahidlərin qeybətini qazinin hüzurunda etmək.

7. Bir şəxsi ziyandan qorumaq üçün onun qeybətini etmək.

8. Bir şəxsi elə bir eybli adla yad edəsən ki, təkcə o adla tanınır. Misal üçün kar, kor, şil, keçəl və s...

9. Yanlış fikirli bir kitabı və yaxud məqaləni tənqid edərkən qeybət etmək.

«Nisa» surəsinin 148-ci ayəsində oxuyuruq: «Allah zülmə məruz qalan şəxsdən başqa, bir özgəsinin açıqca pis söz söyləməsini sevməz».

Beləliklə, günahlardan olan bəzi istisnalarlı tanış olduq. Bu istisnaların tanımaq insanı günahlardan qorunmasında mühüm oynayır.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930