Namazın qəbul olması üçün 8 xüsusiyyət
Mьəllif: admin1
Tarix: 17-07-2017, 17:35

 İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurmuşdur: "Həqiqətən, namazı o kəsdən qəbul edərəm ki, bu 8 sifətə malik olsun:

1. Mənim dərgahımın əzəməti qarşısında təvazö etsin.

2. Günü Mənim zikrimlə keçirtsin.

3. Bəndələrimin yanında lovğalanmaz.

4. Acı doyuzdurar.

5. Nəfsini mənə görə şəhvətdən saxlasın.

6. Müsibət görənə rəhm etsin.

7. Paltarsızı geyindirsin.

8. Qərib insana yer versin.

Bu cür bəndənin nuru günəş kimi nur saçar və ona qaranlıqda nur bəxş edərəm. Öz izzətimlə onu qoruyaram, mələklərimi onu qorumaq üçün hakim edərəm. Məni çağıran zaman cavab verərəm, istəyən zaman əta edərəm. Bu bəndənin Mənim üçün məsəli behişt bağları kimidir ki, meyvələri qurumaz və halları dəyişməz””. 

 

/Deyerler.org/


Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930