BEHİŞT VƏ CƏHƏNNƏM HAL-HAZIRDA MÖVCUDDURMU?
Mьəllif: admin1
Tarix: 20-07-2017, 22:48

BEHİŞT VƏ CƏHƏNNƏM HAL-HAZIRDA MÖVCUDDURMU?

 Sual: Behişt və cəhənnəm hal-hazırda mövcuddurmu? Allah-Taala onları yaradıbmı, yoxsa bu dünya sona çatdıqdan sonra yaradacaq? Behişt və cəhənnəm əməllərin nəticəsidirmi?

Cavab: Quran ayələrindən belə başa düşülür ki, behişt və cəhənnəm hal-hazırda mövcuddur və hədislərə əsasən, yaxşı və pis əməllər onlara quruluş verir. Yaxşı əməllər behiştin, pis əməllər isə cəhənnəmin təzahürüdür! (İslam Peyğəmbəri (s) buyurur: "La ilahə illəllah” deyən şəxs onu təkrar etdikcə, behiştdə bir ağac əkilir.” ("Mizanul-hikmət”, bölmə 567, hədis 2781.) Bu və bu kimi rəvayətlərdən də başa düşülür ki, behişt hal-hazırda mövcuddur və onu fəaliyyətə salan əməllərimizdir.)

Biri behişt, digəri isə cəhənnəmdən söz açan iki ayəyə diqqət yetirək:

1. "Ali-İmran” surəsinin 133-cü ayəsində buyurulur:

وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

"Rəbbiniz tərəfindən olan məğfirətə və genişliyi göylər və yer qədər olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin.”

Bu ayənin zahiri, xüsusilə, "uiddət lil-muttəqin” (təqvalılar üçün hazırlanmışdır) – ibarəsi behiştin hal-hazırda mövcudluğunu aşılayır.

2. "Ənkəbut” surəsinin 54-cü ayəsində cəhənnəmin hal-hazırda mövcud olması barədə belə buyurulur:

وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ

"Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki cəhənnəm kafirləri əhatə edib.”

Bu ayələrdən belə başa düşülür ki, behişt və cəhənnəm hazırda mövcuddur və lakin qiyamət günü pərdələr kənara çəkildiyi zaman onun həqiqi mahiyyəti bizə məlum olacaq.

Peyğəmbəri-Əkrəm (s) "Şəbaniyyə” xütbəsində behiştin qapıları haqda belə buyurur: "Bu ayda behiştin qapıları açıqdır.”

Bu ibarədən məlum olur ki, behişt hal-hazırda mövcuddur və Allahın əməlisaleh bəndələrinin üzünə mübarək Ramazan ayına məxsus qapılar açılır. Məsələn, həmin ayda tutduğumuz oruc, tilavət etdiyimiz Quran, möhtaclara verdiyimiz yemək, bir sözlə, həmin ayda yerinə yetirdiyimiz yaxşı işlər bütünlüklə behiştin qapıları sayılırlar.

O həzrət söhbətinin davamında cəhənnəmin qapıları barədə isə belə buyurur: "Ramazan ayında cəhənnəmin qapıları bağlıdır.” ("Vəsailüş-şiə”, 7-ci cild, səh.228.)

Cəhənnəmin qapıları olan günahlar, ehtiraslar, nəfsi istəklər və şeytanın vəsvəsələri oruc və nəfslə mübarizə sayəsində bağlanır. Bilməliyik ki, saf niyyət və pak qəlblə həmin qapıların həmişə bağlı qalacağına ümid var! ("Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.79-80.)

Rza Şükürlü (Maide.az)

 

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031