Qiyamət günü Qurani-Kərim necə şəhadət verəcək?
Səd Xəfaf İmam Baqirdən (ə) nəql edir ki, buyurub: "Ey Səd! Quranı öyrənin. Çünki Quran Qiyamət günü gözəl sima kimi zahir olacaqdır.
Allah Təala Qurana xitab edib buyuracaqdır: "Ey, Mənim yer üzərində olan hüccətim, Mənim sadiq və natiq kəlamım! Məndən istə, sənə əta edim. Şəfaət et ki, şəfaətini qəbul edim”. Quran deyəcəkdir: "Allahım! İnsanların bəzisi məni möhtərəm etdilər və məni əzbərlədilər. Məndə olan əhkamları zay etmədilər. Ancaq bəziləri vardı ki, məni təhqir etdilər və məni inkar etdilər. Halbuki, Sənin məxluqlara olan hüccətin idim”. Allah Təala buyurar: "İzzət və Cəlalıma and olsun ki, bu gün sənə xatir sənin əhkamına riayət edənlərə ən yaxşı savabı verəcəyəm. Sənə xəyanət edənlərə ən pis cəzanı verəcəyəm”. Həzrət Muhəmməd Baqir (ə) buyurur: "Bu zaman bizim davamçılardan olan bir nəfər irəli gələr və Quran onun barəsində Allaha buyurar: "Allahım! Bu, Sənin bəndəndir və Sən onun əməlinə daha agahsan. Bu şəxs mənə kamil şəkildə riayət edərdi, mən hər nə deyirdimsə - sevirdi. Hər nəyi pis tanıdırdımsa – düşmən bilirdi”. Allah tərəfindən xitab gəlir: "Mənim bu bəndəmi behiştə daxil edin. Behiştin gözəl libaslarından ona geyindirin. Başına tac qoyun”. Quran buyurar: "Bunlar onun üçün azdır. Bütün xeyirləri ona ehsan et”. Allah buyurar: "İzzət və Cəlalıma and olsun ki, bu gün bu mömin bəndə üçün beş inayət edəcəyəm ki, Mənim bu inayətim onun kimi olanlara da şamil olar. Onları elə cavan edərəm ki, heç bir zaman qocalmazlar. Salamatlıq verərəm ki, heç bir zaman xəstələnməzlər. Sərvət verərəm ki, heç bir zaman yoxsul olmazlar. Onları şad edərəm ki, heç bir zaman qəmgin olmazlar. Onları həmişə sağ saxlayaram””. /Deyerler.org/ Oxşar xəbərlər
|