İmam Zamanı (ə.f) görmək tələbi ilə aclıq edən mömin
Mərhum Abbasəli Hacı Mömin nəql edir ki, cavan olan zaman Həzrət Vəliyyi-Əsri (ə.f) görmək şövqüm çox idi. O vəziyyətə qədər ki, yemək və içməkdən kəsilmişdim. Öz-özümə qərara gəldim ki, İmamı (ə.f) görmədən heç nə yeməyəcəyəm. Bazar ertəsi günü heç nə yemədim. Üçüncü gecə bir qədər su içdim və qəşş halı mənə hakim oldu. O halda İmamı (ə.f) gördüm, mənə etiraz edərək buyurdu ki, niyə belə edirsən. Özünü həlak edirsən. Sənə yemək göndərəcəyəm, onu ye. Özümə gəldim. Gecənin üçdə biri keçmişdi. Gördüm ki, məscid boşdur və orada kimsə yoxdur. Məscidin qapısını kimsə döydü və mən gedib açdım. Bir nəfəri gördüm ki, başına əba salmışdı ki, onu kimsə tanımasın, əbanın altından yeməklə dolu boşqab çıxartdı. Mənə verdi və iki dəfə dedi: "Ye və heç kəsə vermə, boşqabı da minbərin altına qoy”. Bu sözləri deyib çıxıb getdi. Məscidə daxil oldum və gördüm ki, boşqabda aşdır və üzərində də bişmiş toyuq vardır. Ondan yedim və bu cür ləzzətli yeməyi yeməmişdim. Sabahısı gün günəş batmazdan əvvəl o zamanın böyük alimlərindən olan Mirzə Muhəmmədbaqir gəldi. Mənə bir qədər pul verdi və buyurdu: "Sənə səfərə çıxmaq əmr edilmişdir. Cənab Ağa Seyyid Haşimlə ( o zamanın pişnamazı) birlikdə Məşhədə get və yolda böyük insan görəcəksən, ondan bəhrələn”. Həmin pulla Seyyid Haşimlə Məşhədə yollandıq. O zaman ki, şəhərdən xaric olurduq, nurani bir qoca maşına işarə etdi və maşın dayandı. Bir yerdə maşına əyləşdiq. Yolda mənə çoxlu nəsihətlər və öyüdlər verirdi. Ömrümün axırına qədər baş verəcəkləri mənə xəbər verdi. Nəyin mənə xeyirli olmasından danışdı. Məni küçələrdə yemək yeməkdən çəkindirdi və buyurdu: "Şübhəli yeməyin qəlbə ziyanı vardır”. Yanında bir süfrəsi vardı və onu açıb təzə çörək çıxardardı və bir yerdə yeyərdik, bəzən də kişmiş verərdi. Mənə buyurdu: "Əcəlim yaxınlaşıbdır və mən Məşhədə çata bilməyəcəyəm. Əgər ölsəm, kəfənim yanımdadır və 12 min tümənim vardır. Onunla hərəmin kənarında mənim üçün qəbir hazır edərsən və cənazə mərasimim də Ağa Seyyid Haşimin boynundadır”. Hacı nəql edir ki, çox qorxdum və qoca mənə dedi ki, sakit ol ki, ölə bilim. Heç kəsə bir şey demə və Allahın etdiklərinə razı ol. Tərəq dağına çatanda maşın dayandı. Müsafirlər aşağı düşdülər. İmam Rzaya (ə) salam verməklə məşğul oldular. Gördüm ki, bu qoca bir küncə getdi və hərəmə diqqət etdi. Salam verəndən və çoxlu ağlayandan sonra dedi: "Bundan əvvəl hərəminə gəlmək üçün layaqətim yox idi”. Üzü qibləyə uzandı və əbasını da üstünə örtdü. Bir qədər sonra ona tərəf getdim və əbasını qaldıranda gördüm ki, dünyasını dəyişibdir. Müsafirlər ağlamağa və nalə çəkməyə başladılar. Cənazəsini o maşında şəhərə gətirdik və hərəmin ətrafında dəfn etdik”.
/Deyerler.org/ Oxşar xəbərlər
|