Qiyamətin 50 keçidi nə mənasındadır?
Mьəllif: admin1
Tarix: 23-07-2022, 10:28
Qiyamətin 50 keçidi nə mənasındadır?
İmam Sadiq (ə) buyurur: "Qiyamətdə 50 keçid vardır ki, hər bir keçid siz saydığınız illərin min ili qədərdir”.

Şeyx Səduq yazır: "Bizim bu keçidlər barəsindəki əqidəmiz belədir ki, hər biri bir dini vacibatla adlandırılmışdır. İnsan gərək o keçidlərdən keçsin.

Nə zaman yaxşı əməllərinə və İlahi rəhmətə görə onların birindən keçər, o biri keçidə çatar. Bu tərtiblə gərək bütün keçidlərdən keçsin. Əks halda cəhənnəmə süqut edəcəkdir”.

Şeyx Mufid yazır: "Qiyamətin keçidləri – həmin dini əhkamdır ki, insanlar Qiyamət günü onlara görə cavab verməlidir.

Quran və hədislərdə adı çəkilən bu keçidlər – həmin İlahi göstərişlərdir ki, onlara böyük çətinlik və müşküllə riayət olunar. Onları keçid adı ilə adlandırıblar”.

Ona görə də deyə bilərik ki, Qiyamət gününün 50 keçidləri barəsində bildiyimiz budur ki, bu keçidlərin hər biri İlahi vacibatların birinin adını daşıyır: namazın, orucun, zəkatın, həccin...



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930