Həzrət Süleymanın (ə) səltənəti və 1 təsbih
Həzrət Süleyman (ə) hökumət miniyi ilə hərəkət edirdi. Quşlar başına kölgə salırdılar. Cinlər və insanlar hər iki tərəfində gedirdilər.
Bu vəziyyətdə Bəni-İsrayildən olan bir abidə rast gəlir. Abid deyir: "Davudun oğlu! Allaha and olsun ki, Allah sənə əzəmətli mülk inayət etmişdir”. Süleyman (ə) buyurdu: "Möminin əməl dəftərində olan bir təsbih, Davudun (ə) oğluna zahirdə verilənlərdən daha yaxşıdır. Davudun oğluna verilən şeylər əldən gedəndir. Ancaq Allahın təsbihi insanın əməl dəftərində qalar”. Allah Təala bizə Öz zikrinin dəyərini anlamaq tofiqatını versin. /Deyerler.org/ Oxşar xəbərlər
|