Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi?
Mьəllif: admin1
Tarix: 21-05-2023, 11:20
Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi?
Qum şəhəri Məsumə xanımdan öncə quraqlıq və kasıbçılığın hökm südüyü kiçik bir kənd imiş. Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini bir dini-elmi mərkəzə çevirmişdir.

Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib.

Həzrət Məsumə hazırda َQumda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır.

Qardaşı İmam Rza kimi qürbətdə vəfat edən həzrət Məsumə qumlular tərəfindən kəndin kənarında yerləşən Babilan bağında dəfn edilir.

Musa ibni Xəzrəc birinci şəxs idi ki Məsumə xanımın məzarı üzərində bir kiçik dam tikdi.

İmam Cavadın qızı həzrət Zeynəb 256-cı ildə Məsumə xanımın məzarı üstündə günbəz (türbə) tikir.

Məzar bu şəkildə 4 əsr Əhli-beytsevərlərin ziyarətgahına çevrilib.

Hicri ilinin 605-ci ilində Ali-Müzəffər xanidanının böyüyü Əmir Muzəffar Əhməd bin İsmailin dəstəyi ilə dövrün ən yaxşı ustaları və bənnaları cəlb edilir. Burada həzrətin məzarının gümbəzinin ətrafında əlavə tikililər ucaldılır. Gümbəzin içi kaşi və mərmərlə bəzədilir.

965-ci ildə Şah Təhmasib Səfəvi məzar üçün çox mücəlləl bir zərih düzəltdirir.

1230-cu ildə Fətəli Şah Qacar həmin zərihi gümüş örtüklə bəzətdirir. 1280-ci ildə həmin zərih yenidən bərpa edilir.

Bu zərih 1368-ci ildə yenisi və daha mücəlləli ilə əvəz olunur. Hazırda xanımın hərəmində olan zərih o zərihdir.

Ayətullah Əbdül-Kərim Hairi 1922-ci ildə Qum şəhərində Elmiyyə Hövzəsi təsis etdikdən sonra bütün islam dünyasından elm araşdırmaçıları və tələbləru bu şəhərə axışmağa başladı.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930