Ən yaxşı qadın İmam Rzanın (ə) kəlamında
"Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur…”
İmam Rza (ə) buyurur: "Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır: 1. Ərinə qarşı təvazökarlıq və üzüyola, eləcə də bədxərclik etməyib qənaətcil olmaq. 2. Xoşxasiyyət, mülayimlik və mehribançılıq. 3. Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək. 4. Ərini əsəbi və ya yorğun gördükdə bütün işlərini öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək. 5.Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək”. Sonra İmam (ə) buyurdu: "Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq”. (ahliman.info) Oxşar xəbərlər
|