Ədəb-ərkanın kamilliyini göstərən 7 xüsusiyyət
Mьəllif: admin1
Tarix: 27-07-2022, 09:36
Ədəb-ərkanın kamilliyini göstərən 7 xüsusiyyət
Müstədrək əl-Vəsail əsərində (cild-9, səh-38) ədəb-ərkanın şərtləri və göstəriciləri haqda İmam Sadiqdən (ə) maraqlı bir hədis nəql edilib.

İmam (ə) buyurur:

"Ədəb-ərkanın və mürüvvətin yeddi xisləti var:

1-Ağıl (Məntiqli olmaq, məntiqli düşünmək və məntiqli danışmaq)

2-Helm (Cahil və nadanlar qarşısında səbirli olmaq, düşmənin fitnələrinə uymayıb təmkinli davranmaq)

3-Səbr (Baş verən hadislərdə, gələn xəstəlik və bəlalarda səbirli olmaq və naşükürlük edib, fəryad salmamaq)

4- Yoldaşlıq ( Dost qazanmaq, kin-küdürət və düşmənçilikdən uzaq durmaq)

5- Sükut (İnsan sakit duranda daha hikmətli və düşüncəli olur, səhvlərdən uzaq, xətalardan kənarda qalır)

6- Əxlaq (İnsan bu əxlaqla düşmənini də yumşalda bilər)

7- Müdara etmək (keçinmək, güzəştə getmək)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031