Oğurluq edən kişinin Məmuna (lən) ağır höccəti
Muhəmməd ibni Sənan nəql edir: "Xorasanda Məmun hər bazar ertəsi və cümə axşamları günündə elm mərasimləri təşkil edirdi və İmamı (ə) da sağ tərəfində əyləşdirirdi. Mən də Mövlamın xidmətində idim. Sufilərdən olan biri, oğurluqda ittiham olunurdu və bu kişini Məmunun yanına gətirdilər. Bu kişinin zahiri şəhadət verirdi ki, kiçik bir maaşa qane olan birisidir. Alnında səcdə yeri görünürdü. Məmun dedi: "Sənə oğurluğu nisbət veriblər, sən bu işi görmüsən? Halbuki zahirin bəzənmiş və gözəldir?”. Həmin kişi dedi: "Ehtiyac idi, ixtiyar deyil. Çünki sən mənim xümsda olan haqqımı verməmisən, ona görə də məcburən oğurluq etmişəm”. Məmun dedi: "Sənin xümsdə nə haqqın vardır ki?”. Həmin kişi dedi: "Allah Təala xümsü altı hissəyə bölmüşdür və buyurmuşdur: "Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. (Allah onun həqiqi sahibi, Peyğəmbər və onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər üç dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdirlər)”. ("Ənfal” 41). Sən mənim haqqımı verməmisən, halbuki mən yolda qalmış idim. Miskinəm ki, malım yoxdur və həmçinin Quran hamisiyəm”. Məmun dedi: "Bu yersiz sözlərə görə Allahın oğrular barəsindəki haqqını görməməzliyə vurum?”. Həmin kişi dedi: "Əvvəl özünü pakla, sonra başqasının paklığı ilə məşğul ol. Allahın həddini yerinə yetir”. Məmun üzünü İmama (ə) tutub dedi: "Nə buyurursunuz?”. Həzrət (ə) buyurdu: "O, deyir ki, sən oğurluq etmisən”. Məmun bu sözlərdən qəzəbləndi və həmin kişiyə dedi: "Allaha and olsun ki, başını kəsəcəyəm”. Kişi dedi: "Mənim başımı bədənimdən ayırırsan, halbuki mənim qulumsan”. Məmun dedi: "Vay olsun sənə, mən necə sənin qulun oluram?”. Kişi dedi: "Anan müsəlmanların malı ilə satın alınmışdır, ona görə də sən şərqdən qərbə qədər olan bütün müsəlmanların azad edilənə qədər qulusan. Mən səni azad etmirəm və bundan başqa sən xümsü heç kimə: Ali-Rəsul (ə) haqqına, mənə və mənim kimilərimə verməmisən. Bundan əlavə, heç bir xəbis özü kimi xəbisi paklaya bilməz. Ancaq pak insandır ki, xəbisi paklaya bilər. O kəsin ki, boynunda Allahın həddi olar, başqasına hədd iqamə edə bilməz, məgər o halda ki, ilk özünə etsin. Məgər eşitməmisən ki, Allah Təala buyurubdur: "(Səmavi) kitabı oxumağınıza baxmayaraq, camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!”. ("Bəqərə” 44). Məmun İmama (ə) nəzər salıb dedi: "Bu kişi haqqındakı rəyin nədir?”. Həzrət (ə) buyurdu: "Allah Təala Həzrət Muhəmmədə (s) buyurmuşdur: Baliğə hüccət odur ki, cahilə çatar, cahil olduğu halda alim olar. Necə ki, alimə elmi olan halda çatar. Bu kişi Quranla dəlillər gətirdi”. Məmun vəziyyəti bu cür görüb sufi kişini azad etdi və insanların gözündən itib getdi”.
/Deyerler.org/ Oxşar xəbərlər
|