Həzrəti İmam Rza (ə) iman barəsində gözəl izah verib. İmam buyurub:
İman qəlblə təsdiq, dillə iqrar, əməllə icradır (Təhtul-əql. Səh-422).
Allaha iman yaradılışın qayəsidir. Rəbbimiz bütün əta etdiyi nemətlər müqabilində insandan yalnız iman tələb edir. İman özü də bir İlahi nemətdir ki, sonda nəticəsi insana qayıdır. İnsan bu imanı ilə ən böyük nemət olan Allahı tanıma şərəfinə nail olur.
İmam Rza (ə) insanda formalaşan imanın mərhələlərinə işarə edərək bu mübarək kəliməni buyurub. İnsan öncə qəlbi ilə təsdiq etməlidir. Çünki, qəlb bütün insanlığı özündə ehtiva edən "məkandır” . Bütün insanlığ və şəxsiyyətlık qəlbdə cəm olur. Qəlb pak olduqca ora iman nuru daxil olur. İlahi nur daxil olduğu məkanı özü kimi nurlandırır.
Sonra insan qəlbində olanı dili ilə iqrar edir. Necəki Həzrəti Əli (ə) buyurub: "Hər bir kişi dilinin altında gizlənib”. Dil qəlbin, şəxsiyyətin aynasıdır. Pis, çirkili qəlbdən bəd və əxlaqsız sözlər, pak qəlbdən pak sözlər cari olar. Necəki, Allah Rəsulu buyurub:”Hikmət qəlbdən dilə cari olar”.
Nəhayət iman nurunda nuraniləşən insanın bütün keyfiyyətləri əməl formasında təzahür edər. O öz əməlləri ilə imanını təsdiq edər.
İmamın (ə) buyurduğu kimi bu üç mühüm amil Qəlb, Dil və Əməl keyfiyyət hasil etdikdən sonra İman şəkilini alıb öz sahibini Mütəal Allahın mərifətinə doğru götürür.
Y.Nuriyev