Həzrət Adəm (ə) ərşdə hansı yazını görür?
Mьəllif: admin1
Tarix: 31-07-2017, 21:18

Həzrət Adəm (ə) ərşdə hansı yazını görür?

 Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Allah Adəmi (ə) xəlq edir və ruhunu cisminə üfürür, Adəm (ə) asqırır.

Adəmə (ə) ilham olunur ki, de: «الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمِینَ» "Əlhəmdulilləhi Rabbil-aləmin”

Sonra Allah Adəmə (ə) vəhy edir: "Ey Adəm! Sən Mənə həmd etdin. İzzət və Cəlalıma and içirəm ki, əgər dünyanın axırında xəlq etməyi iradə etdiyim iki nəfər olmasaydı, Mən səni xəlq etməzdim.

Adəm deyir: "Ey Mənim Allahım! Onlar nə zaman xəlq olacaqlar və adları nədir?”.

Allah Adəmə vəhy edir ki, başını yuxarı qaldır.

Adəm başını yuxarı qaldırır və görür ki, ərşin altında yazılmışdır:

«لا إِلهَ إِلَّا اللَّهُ، مُحَمَّدٌ رَسُولُ اللَّهِ و نبی الرحمه و علی

مقیم الحجه»

Mən öz izzətimə and içmişəm ki, hər kim Əlini (ə) sevsə və onun ardıcılı olsa, ona rəhm edəcəyəm. Hər kim onunla düşmən olsa,  ona əzab verəcəyəm”. (Həvzəh)

Allah Təala bizləri Həzrət Əlinin (ə) həqiqi ardıcıllarından qərar versin.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031