İnsanların sevgisini qazanmağın 3 açarı
İmam Sadiq (ə) cəmiyyətdə sevginin yaranmasının 3 amilini bizə tanıtmış və buyurmuşdur: "Üç şey məhəbbət gətirər: din, təvazökarlıq və bəxşiş etmək (səxavət)”.
Din. Bu qapının açarı – dindir. Hər nə qədər din sahəsində tərəqqi etsək, həyatımız daha şirin və daha sevimli olar. Başqalarının sevgisini özünə cəlb edər. Quran buyurur: "De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. ("Ali-İmran” 31). Təvazökarlıq. Bütün fəzilətli əxlaqi sifətlər insana başqalarının sevgisini qazandırar. Ancaq təvazökarlığın yeri bir başqadır. Əgər kiminsə dini olmazsa, ancaq təvazökarlığı olarsa yenə də insanların sevgisini qazanacaqdır. Ona görə də təvazökarlıq dini əxlaqda xüsusi məqama malikdir. İmam Sadiq (ə) buyurur: "Dindarlığın bəlası – həsəd, təkəbbür və lovğalıqdır”. Bəxşiş. Hədiyyə vermək, səxavət göstərmək – tarix boyu insanların sevgisini qazanan əməllərdəndir. Bu gözəl əməl dinimizdə də həmişə diqqət mərkəzində olmuşdur. İnfaq, sədəqə vermək kimi əməllərlə. Quran buyurur: "Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı»”. ("Bəqərə” 219). Yəni, insan infaq edəndə və bəxşiş edəndə də gərək etidal həddə riayət etsin. Bəli, səxavətli olmaq gözəl sifətdir, ancaq gərək həddində olsun. Beləliklə deyə bilərik ki, bu üç amil cəmiyyətdə sevgi gətirən səbəblərdəndir. Bu amillərə diqqət edək və onları həyatımızda inkişaf etdirək. /Deyerler.org/ Oxşar xəbərlər
|