Xanımların məqamı ilə bağlı Peyğəmbərimizin (s) buyuruşları
Əziz İslam Peyğəmbəri (ə) qadınlar və qız övladları ilə bağlı olaraq müsəlmanlara davamlı olaraq tövsiyələr və nəsihətlər verər və onlara qarşı mehriban olmağa dəvət edərdi.
Həzrət (s) buyurur: "Ey insanlar! Qadınlarınızın üzərinizdə haqları vardır. Sizin də onların üzərində haqlarınız vardır. Mən sizə tövsiyə edirəm ki, qadınlarınıza yaxşılıq edəsiniz. Çünki onlar sizin əlinizdə olan İlahi əmanətlərdir. İlahi qanunlarla sizə halal olmuşdular”. "Müstəhəbdir ki, kişi öz ailəsi üçün hədiyyə alsın. Təqdim edən zaman qız övladlarından başlasın”. "Hər kim qız övladını sevindirər, sanki İsmayil (ə) qullarından birini Allah yolunda azad etmişdir”. "Allah qadınlara qarşı kişilərdən daha mehribandır”. "Əgər nafilə namazını qılan zaman atan səni çağırsa, namazı qət etmə. Ancaq əgər anan çağırarsa namazı burax”. "Behişt anaların ayağı altındadır”. "Qadınlar barəsində Allahdan qorxun. Çünki onlar sizin yanınızda əsirdirlər”. "Cəbrayil (ə) qadınla bağlı mənə o qədər tövsiyə verdi ki, güman etdim qadına təlaq vermək layiqli deyildir”. "O qadın ki, ev işlərinin islahı üçün bir şeyi yerindən qaldırarsa və başqa yerə qoyarsa – Allah ona mərhəmət nəzəri salar. O kəs ki, Allahın nəzərində olar – İlahi əzaba giriftar olmaz”. /Deyerler.org/ Oxşar xəbərlər
|