İmam Rza (ə) Hərəmində Şeyx Bəhai sirri
Mьəllif: admin1
Tarix: 3-08-2017, 00:24

 Şeyx Bəhai (r) İslam tarixinin böyük şəxsiyyətlərindən, tanınmış alimlərindən biridir. Zəmanəsinin mərcə təqlidi olmuş bu şəxsiyyət həm də layihələşdirmə və memarlığ sənətində də zəmanəsinin öncüllərindən olmuşdur. Beləki, İmam Rza (ə)ın pak hərəminin layihəsinə və tikintisinə Şeyx şəxsən özü nəzarət edib. Hazırda Şeyxin məzarı Məşhəd şəhərində Hərəmin yaxınlığında yerləşir.


Şeyxdən Hərəmin tikintisi barəsində maraqlı və ibrətamız bir əhvalat rəvayət olunur. Qeyd edilir ki, Müqəddəs Hərəmin tikintisinə Şeyx şəxsən özü nəzarət edirdi. Lazım olan materialları da özü bir bir şifariş verir və gələn ləvazimatları özü xüsusi şəkildə qəbul edirdi. İş sonlanmaq üzrə idi. Demək olar ki, bütün memarlar tikintinin sonunda öz sənət əsərlərini tamamlamaq üçün yazılı kitabələr qoyurlar.Belə kitabələrdə adətən ya ayə, ya hədis, ya bir şerdən, hikmətli kəlimədən istifadə olunur. Şeyxin də fikiri var idi ki, Hərəmin daxilinə girilən qapını üzərinə yazılı kitabə ( yazı əl işi) yerləşdirsin. Bu vaxtı Şeyx səfərə çıxmalı olur və işin dayandırılması əmrini verir. Yola düşür. Səfər müddəti uzanan alim geri dönüb Hərəmə yetişəndə artıq Hərəmin zəvvarların ixtiyarında olduğunu görür və təccüblənir. Tikintiyə məsul şəxsi çağırıb deyir: Niyə məni gözləmədiniz? Sizə nə tapşırmışdım? Niyə səbr etmədiniz?

Tikintiyə məsul olan şəxs cavab verir: Biz sizi gözləyirdik. Amma Hərəmin Rəhbəri gəlib işi tez bir zamanda bitirməyimizə təkid etdi. Biz yenə sizi gözləmək istədik amma o israr etdi bə dedi: Bunu elə bir kəs əmr edib ki, Şeyxdən də böyükdür. Biz yenədə sizi gözləyəcəyimizi bildirdik. Amma Hərəm böyüyü dedi:

Əil ibn Musa Rza (ə) əmr etdi ki, işi tamamlayın. Şeyx bunu eşidən kimi tikinti heyətinin məsul şəxslərini də götürüb Hərəm müdürünün yanına getdi və bu məsələ ilə əlaqədar açıqlama tələb etdi. Hərəm müdiri cavab verdi:

Neçə gündür İmam (ə) yuxuma gəlib deyir: Şeyxin kitabəsini mənim evimin qapısına qoymayın. Mənim evimin qapısı heç kimin üzünə bağı olmasın. Kim istəsə gələ bilsin.

Bunu eşidən Şeyx Hərəmə doğru hərəkət edib, ağlayaraq zərihdən yapışdı. Ya Səttarəl uyub deyib huşunu itirdi. Bir müddət sonra özünə gələn Şeyx yanındakılara üzünü tutub dedi: İstəyirdim ki, Hərəmin giriş qapısına bir tilsimli yazı yerləşdirim ki, içəri girilməsi lazım olmayan kəslər ora girə bilməsin. Amma İmam (ə) buna izin verməyib.


Y.Nuriyev

(islaminsesi)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031