İmamın (ə) can verən əmisinin başı üstündə gülməsinin səbəbi
Uyun Əxbarur-Riza şiə alimi Şeyx Səduqun (vəfat: 381 h.q) əsəridir. Burada İmam Rzanın həyatını, onun kəramətlərini və kəlamlarını əks etdirən hədislər toplanıb.
Burada imamın kəramətləri haqda nəql edilən bir hədisi nəql edir: "Məhəmməd ibni Davud deyir ki, mən və qardaşım həzrət Rzanın xidmətinə yetişdik. Biri gəlib dedi ki, Məhəmməd ibni Cəfər (İmam Rzanın əmisi) can verir və dil-dodağı tutulub. Həzrət Rza (ə) yola düşdü. Biz də onun ardınca getdik və gördük ki həqiqətən də dil-dodağı tutulub. Bu zaman İshaq ibni Cəfər (İmam Rzanın digər əmisi), onun övladları və eləcə də Əli övladlarından bir qrup da ağlaşmağa başladılar. Həzrət Rza onun başı üstündə biraz durdu və üzünə baxıb gülümsədi. Orada olanlardan bir çoxu həzrət Rzanın gülümsəməyinə narahat oldular. Bəziləri sakitcə deyinirdi ki həzrət Rza əmisini ( İmam Rzanın əmisi Məhəmməd ibni Cəfər bəzən imamət iddiası edirdi) bu yolla istehza edir. İmam Rza ələvilərin toplaşdığı bu məkandan çıxıb məscidə namaz qılmağa getdi. Biz də yolda İmama dedik ki siz orada gülümsəyəndə bəziləri danışırdılar. Həzrət İmam Rza buyurdu. Mən İshaqın elə ağlamağından təəccüb edirdim. Allaha and olsun ki o, Məhəmməddən tez öləcək və Məhəmməd İshaqa ağlayacaq. Ravi deyir Məhəmməd yaxşılaşmışdı. İmamın dediyi kimi İshaq öldü, Məhəmməd də ona ağladı.” Bu hadisə onu göstərir ki, Allah bəzən qeyb aləminin açarlarından imama əta edir və imam kəramət göstərir və qeybdən xəbər verə bilir. Oxşar xəbərlər
|