Hər 3 gündə Quranı xətm edən, gündə 1000 rükət namaz qılan İmam Rza (ə)
O zaman ki, İmamın (ə) fəzilətləri yada düşür, dil onu söyləməyə acizlik çəkir.
Onun fəzilət qalası o qədər yüksəkdir ki, ancaq ariflər onu dərk edib, başa düşə bilirlər. İbrahim ibni Abbas nəql edir: "Məmun İmamı (ə) hansı sualla imtahana çəksə də, İmam (ə) cavab verərdi və İmamın (ə) cavabları, sözləri, bəyan etdiyi misallar Qurandan götürülmüşdü. O, hər üç gündən bir Quranı xətm edərdi və buyurardı: "Əgər istəsəm Quranı üç gündən az müddətdə də xətm edərəm. Ancaq elə ayə yoxdur ki, onu oxuyum və təfəkkür etməyim. Bu (ayə) nə haqdadır və nə zaman nazil olmuşdur. Bu səbəbə görə də Quranı üç gündə xətm edirəm””. Əba Sələt nəql edir: "İmam Rzanın (ə) həbs olunduğu evə getdim və gözətçidən izn istədim ki, İmamın (ə) yanına gedəm. Ancaq o, dedi: "Onun yanına gedə bilməzsən”. Soruşdum ki, niyə? Dedi: "Çünki İmam (ə) gündüz və gecə min rükət namaz qılır, gündüzün ancaq əvvəlində bir saat, zöhrdən əvvəl bir saat və gün batmazdan əvvəl bir saat namaz qılır və o, bu vaxtlarda səcdəgahında əyləşib Allahı ilə münacat edir”. Gözətçidən xahiş etdim ki, namaz qılmayan zamanda mənim üçün icazə istəsin və o, da mənim üçün icazə aldı. Mən İmamın (ə) yanına gedəndə o, təfəkkür halında idi”. Salam olsun sənə, ey Əbəl-həsən! Salam olsun sənə, ey Məşhədin günəşi! Salam olsun sənə, ey Həzrət Məsumənin (s.ə) sevimli qardaşı! Mövludun mübarək! /Deyerler.org/ Oxşar xəbərlər
|