Kəbənin örtüyü 3 metr yuxarı qaldırılacaq
Mьəllif: admin1
Tarix: 5-08-2017, 21:52

Kəbənin örtüyü 3 metr yuxarı qaldırılacaq

 Məscidi-Haram İşləri Rəhbərliyi Həcc mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi Zilqədə ayının ortalarından Kəbə örtüyünü 3 metr yuxarı qaldıraraq Həcc hazırlıqlarına başlayacağnıı bildirib. 

 
Maide.Az "İqna”-a istinadən xəbər verir ki, Kəbə Örtüyü fabrikinin baş direktoru Məhəmməd Bacudə məsələ ilə bağlı danışarkən bunun örtüyün təmiz və sağlam saxlanılması məqsədi ilə edildiyini bildirib. 
 
Bir çox insanın Kəbə örtüyünə toxunmaq və bəzilərinin örtükdən təbərrük məqsədi ilə bir parça kəsmək istədiyini qeyd edən M.Bacudə bu halların qarşısını almaq məqsədilə Kəbə örtüyünün yuxarı qaldırıldığını və Kəbənin həmin hissəsinin 47 metrlik ağ parça ilə örtüləcəyini bildirib. / 
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031