Ramazan ayında şeytanın zəncirə vurulmasına görə arxayınlaşmayaq
Mьəllif: admin1
Tarix: 21-03-2024, 21:32
Ramazan ayında şeytanın zəncirə vurulmasına görə arxayınlaşmayaq
Ramazan ayına sayılı günlər qalmışdır və bütün müsəlmanlar bu İlahi ziyafətə hazırlaşır. Bu mübarək ayda şeytan zəncirə vurular. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "O zaman ki, Ramazan ayının hilalı baş qaldırar, qovulmuş şeytanlar zəncirə vurular”.

İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir: "Allahın Peyğəmbəri (s) Ramazan ayının hilalına nəzər salar, üzünü qibləyə çevirib buyurardı:"Allahım, bu ayı bizim üçün yeni et. Təhlükəsiz, imanla, sağlam, müsəlman kimi, çox ruzi, xəstələiklərdən uzaq, Quran tilavəti, namaz və oruca yardım ilə.

Allahım, bizi Ramazan ayı üçün sağlam saxla və Ramazan ayını da bizə görə. Bizdən qəbul et o zamana qədər ki, Ramazan ayı sona çatar və bizi bağışlamış olarsan””.

Həzrət (s) sonra üzünü insanlara çevirib buyurardı: "Ey müsəlmanlar! O zaman ki, Ramazan ayının hilalı baş qaldırar, qovulmuş şeytanlar zəncirə vurular. Səmanın və behiştin qapıları və rəhmət qapıları açılar. Cəhənnəmim qapıları bağlanar. İstəklər yerinə yetər.

Hər iftar zamanı Allahın azad etdikləri olar ki, onları cəhənnəm atəşindən xilas edər. Hər gecə carçı nida edər: "İstəyirsinizmi? Bağışlanmaq istəyən varmı?””.

Bu hədisdən göründüyü kimi, Ramazan ayının bərəkətlərindən biri də odur ki, hər an insana tələ quran şeytanlar zəncirə vurulacaqdır.

Əlbəttə qeyd etmək lazımdır ki, şeytanın zəncirə vurulması o demək deyildir ki, onun tərəfindən bizim əleyimizə heç bir çalışma olmayacaqdır.

Ola bilər ki, günah amillərindən biri olan şeytanın bu ayda fəaliyyəti məhdud olacaqdır. Lakin bu, o demək deyildir ki, zəncirə vurulduğu üçün heç bir şey edə bilməz.

Belə ki, zindanda olan insan müxtəlif yollarla bayırdakılarla rabitə qurmağı bacarır. Şeytan da belədir. O, zəncirdə olsa belə, insanı yolundan azdırmaq üçün əlindən gələni edər.

Bunu da qeyd etmək lazımdır ki, insanın düçar olduğu günahların hamısında təqsirkar şeytan olmaya bilər. Günahların bir çoxunda təqsirkar insan özü olur. İnsan Allaha itaətsizlik edir və əmrlərini yerinə yetirmir. Şeytan heç bir zaman insanı məcbur etmir.

İnsanı vəsvəsə edir və Allaha itaətsizliyə dəvət edir. Bu, insandır ki, öz iradəsi ilə Peyğəmbərin (s) dəvətinə ləbbeyk demək əvəzinə, şeytanın dəvətini qəbul edir. Bu zaman şeytanı təqsirkar bilir, halbuki, insan özü iradəvi olaraq bu yolu seçir.

Ona görə də bu ayda günah işlətməmək zəminində rahat olmaq olmaz. Bu ayda işlətdiyimiz günahların səbəbkarını kənarda axtarmayaq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930