Ayətullah Müctəhidinin İmam Rzaya (ə) təvəssül haqda maraqlı xatirəsi
Mьəllif: admin1
Tarix: 12-08-2017, 22:25

  Peyğəmbər (s) və pak Əhli Beyti (ə) barəsində, onların kəraməti barəsində olan mövzular öz təsdiqini tapıb.  1400 ildən artıqdır ki, bütün islam alimləri öz tövsiyələrində müsəlmanların bu pak ünvandan möhkəm yapışmağı və həyatlarının hər anında bu mübarək ünvandan bəhrələnməyi təkidlə tapşırmışlar. Tövsiyə olunur ki, nəinki şəhadət və ya doğum günlərində, hətta ömürlərinin hər dəqiqəsində belə onlardan (ə) ayrı düşməsinlər.


Xüsusəndə İmam Zamanın (ə.f) qeybdə olduğu vaxta möminlər, Əhli Beyti (ə) sevənlər öz dua və təvəssüllərində bu qüdsü ünvanı unutmasınlar.

Mərhum Ayətullah Müctəhidi bu məsələnin əhəmiyyətini vurğulayaraq buyurur:

"Mən Həcc ziyarətinə ilk dəfə gedəndə, Peyğəmbər Məscidinə daxil oldum. Mən ora daxil olanda məscidin axundu minbərdə söhbət edirdi. O məni görüb dedi: Bunlar bizim cəmiyyətdəndir (müsəlmandırlar). Amma qəbrə ibadət edirlər. Axund bu sözü bizim qəbirləri ziyarət edərkən salam verməyimizə, ey İmam sən məni eşidirsən deməyimizə irad olaraq deyirdi. Çünki onlar İmamı ölü biz isə diri bilirik. Onlar bizim ölüyə təvəssül etdiyimizi düşünürlər. Onlar bizi müşrük bilirlər. Halbuki biz öz duamızda ey İmam mən şəhadət verirəm ki, sən eşidirsən, salamıma cavab verirsən deyirik və onları vəsilə bilirik. Mən başa düşmürəm ki, bunlar bizi nəyə müşrik bilirlər. Yadımdadır bir dəfə müşkülüm olanda İmam Rzaya (ə) oğlu Cavada (ə) xatir and verib təvəssül etdim və həmin gecə Şeyx Ənsarini yuxuda gördüm. Şeyx Ənsari eləbir şəxs idi, ki mən istisqa namazını onun arxasında qılmışdım. O mənə pul verdi. Yuxuda ölüdən bir şey almaq xeyrə yozulur. Diqqətininzə çatdırım ki, İmam Rza (ə) eşidir və cavab verir”.


Y.Nuriyev

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031