Göz yaşı axıdaraq səcdə edənlər
Mьəllif: admin1
Tarix: 13-08-2017, 21:48

 İbadətin gözəl xüsusiyyətlərindən biri də onun kövrək qəlblə, xüşu, təvazö halında qılınmasıdır. Həzrət Peyğəmbərin (s), məsum İmamların (ə) və övliyaların ibadətlərinə nəzər saldıqda onların titrəyiş, göz yaşları içində namaz qılmalarının, münacat etmələrinin şahidi oluruq. Belə ki, alınlarını səcdəyə qoyub, uzun-uzadı "İlahi əl-əfv, İlahi əl-əfv” deyə Rəhman və Rəhim Allahdan bağışlanmalarını diləyirlər. 


Qurani-kərim belə şəxslər haqqında buyurur:

"Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmayıl, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]”. ("Məryəm”, 58.)

Ayədən məlum olur ki, övliyalar Allahın nişanələrinə diqqət yetirib, acizliklərini duyur və ixtiyarsız olaraq səcdəyə düşüb, göz yaşı axıdırlar.
 
 

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031