İnsanı qəbir əzabından qoruyan əməllər
Mьəllif: admin1
Tarix: 14-07-2022, 09:33
İnsanı qəbir əzabından qoruyan əməllər
Bərzəx aləmi o aləmdir ki, insan öləndən Qiyamətə qədər orada məskunlaşar. "Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. ("Muminun” 100).

Hədislərmizin buyurduğuna görə insanlar bərzəx aləmində üç dəstəyə bölünərlər.

1. Xalis möminlər ki, bərzəx behiştinə daxil olarlar.

2. Xalis kafirlər ki, bərzəx cəhənnəminə daxil olarlar.

3. O insanlar ki, nə xalis mömindirlər və nə də xalis kafir. Onlara zəif fikirli insanlar deyərlər. Onlar bərzəx aləmini yuxulu halda keçirərlər.

İmam Baqir (ə) buyurur: "Qəbirdə sual olunmaz, məgər o kəsdən ki, xalis imanı və ya xalis küfrü olar”.

Sual verirlər ki, bəs qalan insanlar necə olacaqdır?

Həzrət (ə)buyurur: "Onları boş buraxarlar və onlarla işləri olmaz. Qiyamətə qədər yuxuya bənzər halda olarlar. Onlardan soruşarlar ki, bərzəx nə qədər çəkmişdir? Deyərlər ki, bir günün yarısı və ya bir gün”.

İnsan ölən zaman qəbirə qoyular ki, qəbirdə onu əzab gözləyər. Bəs kimləri qəbir əzabı gözləyir?

İmam Əli (ə) bu haqda buyurur: "Qəbir əzabı üç şeyə görədir: söz gəzdirmək, nəcisə nəzarət etməmək, üçüncü odur ki, kişi ailəsini buraxar və səbəbsiz olaraq onlardan uzaq olar”.

Bəzi hədislərdə oxuyuruq ki, pis əxlaq qəbir əzabına səbəb olar.

Bəs kimlər qəbir əzabından qoruna bilərlər?

Hədislərimizdə oxuyuruq ki, o insanlar ki, cümə günündə və ya gecəsində ölərsə, qəbir əzabı onlardan götürülər.

Həzrət Peyğəmbər (s) buyurur: "Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbrinizdəki nurdur və Sirat zamanı olan nurdur, behiştdəki nurdur”.

Həzrət Peyğəmbərə (s) çoxlu salavat göndərmək insanı qəbir əzabından qoruya bilər. Həmçinin gecə namazı insanın qəbir əzabından xilas olmasına səbəb ola bilər.

Allah Təala Musaya (ə) vəhy edir: "Gecənin qaranlığında ayağa qalx və gecə namazı qıl ki, bu (əməl) bais olar ki, qəbrin behişt bağlarından olsun”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031