İmtahan vermədən heç kəs behiştə getməz
"Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) cənnətə daxil olacağınızı güman edirsiniz?!”. ("Ali-İmran” 142).
İnsan əgər güman edərsə ki, imtahan olunmamış behiştə gedə biləcəkdir, yanlış güman olar. Allah bu dünyaya gələn hər bir insanı səbir və cihad yolu ilə imtahana çəkər ki, həqiqi möminləri aşkar edə bilsin.
O kəslərin ki, dünyaya sevgiləri vardır və İlahi təklifi yerinə yetirməkdən boyun qaçırdırlar, onları möminlərin sırasına daxil etmək olmaz. Həqiqi mömin sabirdir və mücahiddir.
/Deyerler.org/ Oxşar xəbərlər
|