İmamlar (ə) şəfaətə nail olmaq istəyən zəvvarlar qarşısında bu şərti qoyublar
Dini təlimatda şəfaət qəti məsələlərdən biridir. Şəfaət qiyamətdə peyğəmbərin , imamlar və ya övliyanın digər bəndələr üçün şəfaət etməsi və onların bağışlanmağına vasitə olmasıdır.
Qurani-Kərimdə buyurulur ki, şəfaət işi Allah məxsusdur. Amma digər ayələrdə buyurulur ki Allah bəzilərinə şəfaət üçün izn verər. Həm sünni həm də şiə mənbələrində belə qəbul edilub ki, Peyğəmbər (s) şəfaət edə bilər. İmamların (ə) da şəfaət etməsi isə şiə məzhəbinə aiddir. Amma əhli-sünnə imamlar deyil, onların Siddiq olaraq şəfaət edə bildiyinə etiqad bəsləyirlər. İmamların (ə) ziyarətlərinin savabı haqda onlarla hədis var. Orada ziyarət edənlərə şəfaət vəd edilir. Amma bu şəfaət hər zəvvara nəsib olmur. O zəvvar hansı şərtlərə malik olmalıdır ki, şəfaət nəsibi olsun? İmam Rza (ə) buyurur: “Övliyalarımdan məni ziyarət edənlər haqqıma (yerimi və məqamımı tanısa) arif olsa o zaman qiyamətdə ona şəfaət verəcəyəm”. Bu hədisə əsasən zəvvar imamın şəfaətini bu şərtlə əldə edə bilər. İmamətin və İmam Rzanın (ə) məqamını bilməli, imamətin bəşəriyyət üçün vacibliyini dərk etməlidir. Yalnız belə olan halda o imamların şəfaətindən bəhrələnə bilər. Oxşar xəbərlər
|