PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) NƏZƏRİNDƏ ƏN PİS İNSAN
Ailə üzvləri ilə rəftar iman və əxlaqın ölçüsündə ən gözəl meyardır və hər kəs əhli-əyalına sədaqət və məhəbbət nümayiş etdirirsə, bu, onun imanı və gözəl əxlaqının göstəricisidir. İmam Rza (ə) İslam Peyəmbərindən (s) belə nəql edir:
أَحْسَنُ النَّاسِ إِیمَاناً أَحْسَنُهُمْ خُلُقاً وَ أَلْطَفُهُمْ بِأَهْلِهِ وَ أَنَا أَلْطَفُکُمْ بِأَهْلِی؛ “İnsanların iman baxımından ən yaxşısı gözəl əxlaqa sahib olan, əhli-əyalı ilə mehriban davranan şəxsdir və mən öz əhli-əyalıma qarşı mehribanam.” (“Üyunu əxbarir-Riza”, 2-ci cild, səh.38.) Göründüyü kimi, bu rəvayətdə Peyğəmbəri-Əkrəm (s) imanın inkişafında əhli-əyalla yaxşı rəftarı diqqət mərkəzində saxlayırsa, digər tərəfdən, başqa bir rəvayətdə əhli-əyalını incidən və onlarla kobud rəftar edən şəxsi də məzəmmət edir və “insanların ən pisi” kimi tanıtdırır: شَرُّ النّاسِ الضَّیِّقُ [المُضیقُ] عَلى اَهْلِهِ، قالوا یا رَسُولَ اللّهِ وَ کَیْفَ یَکُونُ ضَیِّقا عَلى اَهْلِهِ؟ قالَ: الرَّجُلُ اِذا دَخَلَ بَیْتَهُ خَشَعَتِ امْرَأَتُهُ وَ هَرَبَ وَلَدُهُ وَ فَرَّ فَاِذا خَرَجَ ضَحِکَتِ امْرَأَتُهُ وَ اسْتَأْنَسَ اَهْلُبَیْتِهِ؛ “Əhli-əyalına çətinlik yaradan şəxs insanların ən pisidir.” O həzrətdən: “Ey Allahın Rəsulu! Əhli-əyala çətinlik yaratmaq necə olur?” – deyə soruşdular. Həzrət buyurdu: “Kişi evə daxil olduqda həyat yoldaşı qorxu hissi keçirər, övladları qaçıb gizlənər. Evdən çıxdıqda isə, həyat yoldaşı sevinər və əhli-əyalı bir-biri ilə ünsiyyət qurar.” (“Məcməuz-zəvaid və mənbəul-fəvaid”, 8-ci cild, Səh.25.) Maide.az/info Oxşar xəbərlər
|