Allah, Öz nemətinin nişanəsini bəndəsində görməyi sevir
Mьəllif: admin1
Tarix: 17-08-2017, 20:12
Allah, Öz nemətinin nişanəsini bəndəsində görməyi sevir
Nemətlər. Hər bir insanın həyatında malik olduğu saysız-hesabsız İlahi lütflər olub, var və olacaq.
Dünyaya göz açdığımız andan nemətlərin əhatəsində oluruq. İnsanları bu mənada qruplaşdırsaq, onları şərti 2 qrupa ayıra bilərik: onu bürüyən nemətlərin fərqinə varanlar və bu nemətlərdən qəflət edənlər.

Ən ciddi nemətlərdən biri – valideyn nemətidir. İnsan sanki elə belə olmalıymış kimi, ata-ana nemətinin əhatəsində olur. Təəssüflər olsun ki, çox az birilərimiz onlar sağ ikə , bu nemətin fərqinə varır. Hətta fərqinə varanlar belə, onları itirdikdən sonra, valideyn nemətinin nə olduğunu ancaq qismən anlayırlar.

Xülasə, bizi əhatə edən nemətlərin qədrini bilək. Onlardan qəflət etməyək. Tələbə - təhsilin, həkim və müəllim – insanlara xidmət etməyin qədrini bilsin.

Nemətlə ən gözəl davranış – onu tanımaq və onunla neməti verənin necə davranmaq istədiyi kimi davranmaqdır. Əslində, ŞÜKÜR də elə budur.
Allahdan hamımıza həqiqi şükür edənlərdən olmamızı nəsib etməyi diləyirəm.
Təbərrük üçün nemət və şükür mövzusunda Məsumlardan (ə) gələn buyururşlara diqqət edək.

İmam Sadiq (ə) buyurur: “Allah bəndəsinə bəxş etdiyi neməti almaz, məgər o halda ki, günah edər və ona xatir nemətdən məhrum olmağa layiqli olar”.

İmam Sadiq (ə) buyurur ki, Tövratda belə yazılmışdır: “Sənə nemət vermiş kəsə qarşı təşəkkür et. Sənə təşəkkür edənə qarşı ehsan və ənam et. Çünki əgər nemətlərə təşəkkür edilərsə, məhv olmaz. Əgər naşükürlük edilərsə, davamlı olmaz. Şükür etmək və təşəkkür etmək nemətlərin artmasına və dəyişməməsinə səbəb olar. Təşəkkür dilinə malik olmaq qəbləri yumşaldar, sevgini artırar, küdurəti və düşmənçiliyi aradan aparar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. İstəyir ki, bu nemətin təsirini öz bəndəsində görsün”.

İmam Hüseyn (ə) buyurur: “Sənin keçmiş nemətlərə görə şükür etməyin, gələcək neməti hazır edər”.


Hacı İlqar İbrahimoğlu
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930