"Dəhvül-Ərz" - Bu gün Yerin yaranması günüdür. Bu gündə fürsətləri fövtə verməyək
Dəhvül-Ərz günü Zilqədə ayının 25-ci günüdür. Bu günü Allah Təala Yer kürəsinə həyat bəxş etmişdir.
Bir çox təfsirçilərin fikrinə görə “Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və Günəş ətrafında hərəkətə gətirdi) fırlatdı”. (“Naziat” 30) Bu günə aid nazil olmuş ayədir. Bu gündə başqa hadisələr də baş vermişdir. 1. Həzrət İbrahim (ə) bu gündə dünyaya gəlmişdir. 2. Həzrət İsa (ə) bu gündə dünyaya gəlmişdir. 3. Həzrət Peyğəmbər (s) bu gündə "həccətül-vida" qəsdi ilə Mədinədən xaric olur. Bu səfərdə İmam Əli (ə), Həzrət Zəhra (s.ə), Peyğəmbərin (s) həyat yoldaşları və səhabələri onunla birlikdə idilər. 4. Bir sıra hədislərdə deyilir ki, Qaim (ə.f.) bu günü zühur edəcəkdir. Dəhvül-Ərz gününün əməlləri Dəhvül-Ərz günü dörd fəzilətli günlərdən biridir ki, bu günü oruc tutmağın fəziləti çoxdur. Hədislərdə deyilir ki, orucunun savabı 70 il oruca bərabərdir. Başqa hədisdə isə 70 ilin kəffarəsi olduğu bəyan edilir. Hər kim bu günü oruc tutar və gecələrini ibadətlə keçirərsə, ona 100 ilin ibadəti yazılar. Bu günü oruc tutan müsəlman üçün yerdə və göydə olanların hamısı istiğfar (günahların bağışlanmasını) diləyərlər. Bu gündə Allahın rəhməti insanlara şamil olar. Bu gündə cəm halında ibadət etməyin və zikr etməyin savabı böyükdür. Orucdan başqa bu günün başqa əməlləri də vardır. Namaz. İki rükətli namazdır. Onu səhərdən günorta namazına qədər qılmaq olar. Hər rükətdə “Həmd” dən sonra 5 dəfə “Şəms” surəsini oxumaq lazımdır. Salamdan sonra isə deyirik: “Lə həvlə vəla qüvvətə illa billahil-əliyyil-əzim”. Sonra bu duanı oxuyuruq. :یا مُقیلَ العَثَراتِ اَقِلْنى عَثْرَتى یا مُجیبَ الدَّعَواتِ اَجِبْ دَعْوَتى یا سامِعَ الاْصْواتِ اِسْمَعْ صَوْتى وَارْحَمْنى وَتَجاوَزْ عَنْ سَیِّئاتى وَما عِنْدى یا ذَاالْجَلالِ وَالاْكْرامِ (Yə, muqiləl-Əsərat, Əqilni əsərati, Yə mucibəd-dəavat, əcib də`vəti, Yə səmiəl-əsvat, ismə` səvti, vərhəmni və təcəvəz an səyyiati və mə indi Yə zul-cəlali vəl-ikram) "Dəhvül-Ərz" niyyəti ilə qüsl almaq müstəhəb əməllərdəndir. Bu günün müstəhəb əməllərindən biri də İmam Rzanı (ə) ziyarət etməkdir. Həyatda bizə verilən mənəvi fürsətlər ruh və cismimizi zənginləşdirər və bizə rahatlıq hissini aşılayar. Bu "Dəhvül-Ərz" günü də həmin günlərdən biridir. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqən sizin həyatınız boyu Pərvərdigarınız tərəfindən meh əsər. Özünüzü onlara tərəf qərar verin. Ola bilsin ki, bu meh səbəb olar ki, bədbəxtlik həmişəlik sizdən uzaq olsun”. Zilqədə ayının bazar gününün namazını da yaddan çıxartmayaq. Seyyid Tavus nəql edir ki, Zilqədə ayı duaların qəbul olan ayıdır. Bu ayın bazar gününün xüsusi namazı vardır ki, hər kim onu qılarsa, tövbəsi qəbul olar. Həzrət Peyğəmbər (s) bu namazı çox tövsiyə etmişdir. Bu namazı qılan şəxs imanlı ölər və qəbri geniş, nurani olar. Valideynləri ondan razı olar. Tövbəsi həm özü və həm valideynlərinə şamil olar. Ruzisi artar. Ölüm mələyi onunla mehriban olar. Bazar günü qüsl alın və dörd rükətli namaz qılın. Hər rükətdə “Həmd”dən sonra 3 dəfə “Tövhid” və bir dəfə”Nas” və “Fələq” surələrini demək lazımdır. Sonra 70 dəfə istiğfar etməli və nəhayət “Lə həvlə vəla qüvvətə illa billahil-aliyyil-azim” demək lazımdır. Sonda desin: یا عزیز یا غفار اغفرلی ذنوبی وذنوب المومنین والمومنات فانه لا (Yə, əziiz, Yə ğəffar, iğfirli zunuubi, və zunubil-mu`minin vəl-mu`minat. Fəinnəhu lə yəğfirəz-zunubə illə ənt)یغفرالذنوب الا انت (Deyerler.org) Oxşar xəbərlər
|