Hərəmlərin zərihinə əl vurmaq insanlara əziyyət vermək bahasına olarsa...
Mьəllif: admin1
Tarix: 19-04-2021, 10:36
Hərəmlərin zərihinə əl vurmaq insanlara əziyyət vermək bahasına olarsa...
İmamlarımızın (ə) və İlahi övliyaların qəbirlərini ziyarət etmək hər bir möminin arzusudur. Ancaq dinimiz hər bir şey üçün ədəb və qayda təyin etidiyi kimi, ziyarət üçün də qaydalar təyin etmişdir.

“Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın)”. (“ Hucurat” 1).

“Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq) səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın”. (“Hucurat” 2).

Ziyarətin zahiri və batini ədəbləri vardır. Ziyarətin zahiri ədəbi dedikdə: qüsl almaq, dəstəmaz almaq, ətirlənmək və gözəl libas geyinmək nəzərdə tutulur.

Ziyarətin batini ədəbi odur ki, zəvvar hərəmə daxil olmazdan əvvəl giriş üçün izn almalıdır. Lakin bir çoxları elə bilir ki, bu izn duasını tez oxuyub, hərəmə girmək kifayət edir. Ancaq belə deyildir.

İnsan hərəmə girməzdən əvvəl özünü hazırlamalıdır. Qəlbi sınıq və pərişan halda hərəmə daxil olmalıdır. Riqqəti qəlbdən sonra qəlbində rahatlıq hiss etməlidir. Bacardığı qədər göz yaşı tökməli və təvəssül etməlidir.

Bəziləri ziyarətin batini ədəbindən qafil olduqları üçün hər nə qiymətlə də olsa, zərihə əl vurmağa çalışarlar. Elə bilərlər ki, məhz zərihə əl vuraraq ziyarəti yerinə yetirmək olar, əks halda ziyarəti sayılmaz. Lakin bu, yanlış əqidədir.

İmam Sadiq (ə) haqqında gələn hədisdə oxuyuruq: “Həzrətə (ə) sual verirlər ki, niyə müstəhəb olduğu halda Həcərul-əsvədə əl vurmur, halbuki cəddi Peyğəmbər (s) bu işi görürdü.

Həzrət (ə) buyurur: “O zaman ki, cəddim bu yerə çatırdı, insanlar ona yol verirdilər və yolu açırdılar. Mən nə özümü əziyyətə salmaq istəyirəm, nə də insanları”. Ona görə də Həzrət uzaqdan işarə ilə ziyarət edərdi”.

Ziyarətin zahiri və batini ədəblərini öyrənək ki, bu ziyarətlərdən daha çox fayda əldə edə bilək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031