HANSI GÜNAH SAHİBİ QAT-QAT ƏZABA LAYİQDİR?
Mьəllif: admin1
Tarix: 19-08-2017, 10:14
HANSI GÜNAH SAHİBİ QAT-QAT ƏZABA LAYİQDİR?
Allah-Taala “Furqan” surəsinin 68-69-cu ayələrində ilahi bəndələrin üç səciyyəsindən söz açır və buyurur:

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا. يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا


“(Rəhman Allahın həqiqi bəndələri) Allahla birgə başqa məbud çağırmır, (qisas, şəri cəza və bu kimi) haqq (qətllər) istisna olmaqla Allahın möhtərəm və toxunulmaz etdiyi canı öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşacaqdır. Qiyamət günü onun əzabı qat-qat olar və xarlıqla həmişə həmin əzabda qalar.”

Göründüyü kimi, bu ayədə şirk və bütpərəstliyə yol verənlərin, günahsız insanın qanını tökənlərin, zina və iffətsiz əmələ qurşananların qat-qat əzabından söz açılır.

Amma burada insanı düşündürən sual budur: Nə üçün belə insanların qiyamət günü əzabları qat-qat olacaqdır? Heç ədalətli Allah bəndəsini bir günaha görə bir neçə dəfə cəzalandırarmı? Bu məsələ “Ənam” surəsinin 160-cı ayəsi ilə necə uzlaşır?

وَمَن جَاء بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ


“Kim pis bir iş görsə, ona həmin işin misli qədər cəza verilər və onlara zülm olunmaz (nə savabları azalar, nə də cəzaları artırılar).”

Təfsir alimlərinin “qat-qat əzab”dan söz açan ayə ilə bağlı üç izah irəli sürmüşlər:

1. Dünyada bir günahı neçə dəfə yerinə yetirənə qat-qat, başqa sözlə, ikiqat cəza verilmir. Axirətdə isə belə deyildir. Məsələn, dünyada bir məclisdə neçə stəkan şərab içənə neçə dəfə şallaq vurulmur və bir dəfə hesablanaraq cəzası təyin edilir. Yaxud, oğru tutulduğu zaman şəriət hakimi (qazı) ona yalnız bir dəfə cəza tətbiq edir. Qiyamət günündə isə hər bir günahın ayrıca cəzası var.

Demək, qeyd olunan “qat-qat əzab” axirət cəzalarına aiddir və hər bir günah üçün ayrıca cəza nəzərdə tutulacaq.

2. Zahirən, ümumi və ictimai xarakter daşıyan bu sayaq günahlar başqalarını da günaha sövq etdiyindən cəzasına da şərik edilir. Haram işin təşviqi nəticəsində kimsə ona qurşanarsa, səbəbkarı da günahına şərikdir. İnsanlar eynilə halal işlərin təşviqi nəticəsində onların savabına şərik ola bilirlər. İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyurulur: “Kim özündən sonra gözəl bir adət-ənənə qoyarsa, öz mükafatı ilə bərabər ona əməl edənlərin savabına da şərik olar və kim özündən sonra pis adət-ənənə qoyarsa, öz günahı ilə bərabər ona əməl edənlərin də günahında şərik sanılar.” (“Kənzul-ummal”, hədis 43079.)

3. Bəzi günahlar aşkar, bəziləri isə gizli şəkildə yerinə yetirilir. Şübhəsiz, camaatın gözü önündə yerinə yetirilən günahın cəzası gizli şəkildə görülən günahla bərabər deyil. Aşkar şəkildə günah edən Allaha hörmətsizlik etməklə yanaşı başqalarını da günaha sövq edir. Demək, belə bir şəxs zahirdə (məsələn) şərab içsə də, həqiqətdə, üç günaha yol verir – harama əl atır, Allaha qarşı çıxır və başqalarını da ona təşviq edir. Odur ki, həmin şəxs bir günaha görə üç dəfə cəzalanmalıdır. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.101, 133 və 134.)

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930