Nə zaman elm, hidayət çırağı olur?
Mьəllif: admin1
Tarix: 19-08-2017, 21:41
Nə zaman elm, hidayət çırağı olur?
Ustad Ənsarian buyurur: “Möminlərin arasında olan elm – behiştə hidayət edən çıraqdır. Misal üçün, Ayətullah Birucerdinin varlığında olan elm kimi. Alim Məkkədən qayırdı və Rzaşah əmr verir ki, onu Birucerdə getməyə qoymasınlar və paytaxta gətirsinlər. Alim 8 ay Rzaşahın zindanında yatır. O zaman ki, ölkənin böyükləri alim üçün dil açdılar, Rzaşah onu azad etməyə razı oldu.
80 il bundan qabaq 50 min tüməni komandırə verir və deyir ki, alimi Birucerdə aparsın. Komandir də həmin pulu götürür və alimin qarşısına qoyur. Alim soruşur ki, bu nədir? Komandir cavab verir ki, əlahəzrət sənə hədiyyə etmişdir.
Birucerdi ağa deyir: “Rzaşaha de ki, anamın rəhmində olan gündən indiyə qədər adımı o kəs vermişdir ki, adı Allahdır. Mən Onun süfrəsinin başından qalxmaram. Ancaq əgər ürəyi istəyirsə ki, onun üçün bir iş görəm, bir kəlmə deyə bilərəm və o da budur: bu səkkiz ay ki, zindandayam – əsgərlərə verilən yemək yaxşı yemək deyildir. Rzaşaha de ki, onlara yaxşı yemək versin. Mən bu pulu istəmirəm”.
Ona görə də deyə bilərik ki, Birucerdi ağanın elmi behiştə aparan elmdir. Ancaq maddi insanların elmi – dünyadan bacardıqları qədər oğurlamaqları üçündür”.
Allah Təala bizlərə behiştə aparan elm qismət eləsin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031