Günah məclisində iştirak etmək olarmı?
Mьəllif: admin1
Tarix: 12-11-2021, 10:37
Günah məclisində iştirak etmək olarmı?
İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, imanlı insan elə məclisdə əyləşsin ki, orada günah olur və onu dəyişdirməyə qüdrəti yoxdur”.

Günah məclisində iştirak etmək günahdır, baxmayaraq ki, insan özü günah etməsə belə.

Belə məclisdə iştirak etmək artıq insanın özünə günah damğasını vurar.

Əgər insan bu məclisdəki ab-havanı dəyişməyə qadir olsa, gərək əmr-be-məruf və nəhy-əz-munkər etsin.

Günahın qarşısını alsın. Əks halda, belə məclisdə iştirak etməkdən çəkinmək lazımdır.

Əgər insan günah mənzərələrini müşahidə etməkdən laqeyd olarsa, ruhu çirklənər və günahın çirkinliyi gözündə azalar. Belə insan günaha adət edər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930