Niyə “Ya Rəbb” demirsən?
Muləvinin təmsilində oxuyuruq: “Bir nəfər əyləşib “Ya Rəbb” deyirdi.
Şeytan gəlir və ona deyir: “İndiyə kimi bu qədər “Ya Rəbb” demisən, nə faydasını görmüsən ki?”. Kişinin qəlbi sınır və dua etməkdən əl çəkir, yatır. Yuxuda bir nəfər gəlir və ona deyir: “Niyə “Ya Rəbb” demirsən?”. Kişi cavab verir: “Çünki cavabını eşitmirəm və qorxuram ki, Allah dərgahından qovulam”. Həmin şəxs deyir: “Allah məni göndərmişdir ki, sənə deyim ki, sənin “Ya Rəbb” deməyin bizim cavabımız və “Ləbbeyk!” deməyimizdir”. Yəni, əgər Allah bizim səsimizi dərgahında eşitməyini istəməsəydi, bizə icazə verməzdi ki, “Ya Rəbb” deyək”. Belə isə, Allahı çağırmaqdan qafil olmayaq. /Deyerler.org/ Oxşar xəbərlər
|