Zülmün növləri və onun cəzası
İmam Əli (ə) buyurur: «Agah olun ki, zülm üç qismdir:
1. Heç vaxt bağışlanmayan zülm. 2. Cəzasız qalmayan zülm. 3. Bağışlanan zülm. Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq. Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır. «Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq: «Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır». Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar. Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir. (Nəhcül-bəlağə, 176-cı xütbə.) (Yəni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-təala tərəfindən bağışlanır.) Günahların ən pisi İmam Sadiq (ə) buyurur: Günahların ən pisi üçdir: 1. Heyvanı (qeyri-şəri yolla və səbəbsiz) kəsmək. 2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə). 3. Fəhlənin muzdunu verməmək. (Biharül-ənvar, 103-cü cild, 169-cu səh.) Oxşar xəbərlər
|