Ruh
Mьəllif: admin1
Tarix: 23-08-2017, 10:11

 Qurani-Məcid ayələrinə əsasən ruh "kun” sözü ilə vücuda gəlmiş məna məqamındandır. 

Onu maddi ünsürlərdən saymaq olmaz: "Agah olun ki, yaratmaq və əmr ona məxsusdur...” ("Əraf”, 54) Ruhun həqiqəti kimsəyə məlum deyil. Ruh sadəcə "kun” ("ol”) sözü ilə zahiri vücuda yetişir. Ayədə oxuyuruq: "Bir şeyin vücuda gəlməsi qərara alındıqda ona yalnız "ol” deyilər, o da dərhal olar.” ("Bəqərə”, 117) Başqa bir ayədə buyurulur: "Səndən ruh haqqında soruşarlar. De ki, ruh Rəbbimin işlərindəndir...” ("İsra”, 85) Növbəti ayədə oxuyuruq: "Ruhu öz əmri ilə bəndələrindən istədiyinə verər...” ("Ğafir”, 15) Ruh Allahın ilkin yaratdıqlarındandır. Girami peyğəmbərlərin (s) buyuruqlarında oxuyuruq: "Allahın ilkin yaratdığı mənim ruhumdur.” ("Biharul-ənvar”, 54-309) Özünü müxtəlif təbirlərlə tanıtdıran peyğəmbər başqalarının anlayacağı şəkildə danışmaq istəyir. Bu səbəbdən də buyurur: "Allahın yaratdığı ilkin şey nurdur”; "Allahın yaratdığı ilkin şey qələmdir”; "Allahın yaratdığı ilkin şey əqldir”; "Allahın yaratdığı ilkin şey mənim ruhumdur.” Ötən izahatlardan belə bir nəticə çıxarmaq olar ki, nur, qələm, ağıl və ruh arasında müəyyən bir bağlılıq var. Bu dörd təbir eyni bir həqiqətə işarədir və bu həqiqət Məhəmməd həqiqətidir. Təbirlərimiz müxtəlif olsa da, ilahi bir həqiqətə, həzrətin (s) misilsiz gözəlliyinə ünvanlanmışdır.

Eşq başqa aləmdir, sığmaz bəyana,
Onun cilvəsidir baxsan hər yana.


İstənilən bir halda onun müqəddəs vücudu bütün yaranmışların köküdür. Nur, qələm, əql, ruh eyni bir həqiqətin mərtəbələridir. Belə ki, nur, qələm və ruhun, ruh və qələm əqlin həqiqətidir. Allah Məhəmməd həqiqətini, nur, qələm, əql və ruh kimi mərtəbələrə malik olan bu gerçəyi başqa mövcudların vücuda gətirilməsində vasitə qərar vermişdir. İmam Sadiq (ə) buyurur: "Allah öncə yaradılış iradəsini xəlq etmiş, sonra bütün varlığı bu iradə vasitəsi ilə ərsəyə gətirmişdir.” ("Tövhid”, 147, bab 11, hədis 19; "Biharul-ənvar”, 54-56)
Yəni Allah digər bir adı Məhəmməd nuru olan istəyi heç bir vasitəsiz xəlq etmiş, sonra digər mövcudları Məhəmməd nuru vasitəsi ilə yaratmışdır. Çünki məhdud əqli və qeyri-əqli həqiqətlər bilavasitə müqəddəs zata bağlı ola bilməz. Demək, Məhəmməd nuru bir bərzəx kimi sabit və dəyişən arasında vasitədir. Mütləq Məhəmməd nuru olmadan alimlə məxluq arasında zati rabitə mümkünsüzdür. Bəli, haqqın zati təcəllası peyğəmbərlik nurudur. Rəvayətdə deyilir: "Allah əqli yaratdı və əql mənəvi yaranmışlar arasında birincisidir. Allah onu ərşin sağ tərəfində öz nurundan yaratdı” ("Kafi”, 1-85, bab 14, hədis 4) 

Mim fərqi var Əhməd-Əhəd arası,
Bütün aləm bir bu mimdə durası.
 

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031