Cəhənnəm əhli 4 şeyə görə nalə çəkər
Mьəllif: admin1
Tarix: 20-04-2024, 10:23
Cəhənnəm əhli 4 şeyə görə nalə çəkər
“Günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) Sizi Cəhənnəmə daxil edən nədir? Deyərlər: Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik. Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq. Cəza gününü təkzib və inkar edərdik. Ölüm bizi yaxalayana qədər". (“Muddəssir” 41-47).

Cəhənnəm əhli 4 şeyə görə nalə çəkər.

1. Namaza diqqət etmədiklərinə görə.Yuxarıdakı ayələrdən belə başa düşmək olur ki, behişt əhli ilə cəhənnəm əhli heç də bir-birindən uzaqda olmayacaqdır.

Çünki onlar bir-birinin halından xəbərdar olacaqlar. Bu ayədən göründüyü kimi, onlar bir-biri ilə söhbət edərlər. Behişt əhli onlardan soruşur ki, necə oldu ki, İlahi rəhmət onlara şamil olmur.

Cəhənnəm əhli ilk amil kimi namaza diqqət etmədiklərini söyləyirlər. Yəni, biz namaz əhli deyildik. Bu yolla namazın nə qədər bəlanı uzaqlaşdırdığını görmək olar.

Çünki əgər namaz qılsaydılar və Allahı yada salsaydılar, qəflətə düşməzdilər.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, bəndə vaxtında namaza durarsa, ona nəzarət edərsə, ağ nur parçası kimi yuxarı qalxar və deyər: “Sən məni hifz etdin, Allah da səni hifz etsin”.

Ancaq o zaman ki, namazını vaxtında qılmaz, ona nəzarət etməzsə, o namaz qara ləkə halına düşər və deyər: “Məni zay etdin, Allah da səni zay etsin””.

2. Yoxsullara əl tutmamaq.

Cəhənnəm əhlinin ikinci naləsi yoxsula əl tutmamağa görə olar. O kəs ki, Allahı yada salmır, bəndələri necə yada salsın ki?

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət diyarı başdan-başa (isti) atəşdəndir. Möminin kölgəsindən başqa. Belə ki, sədəqəsi ona kölgə salar”.

3. Batil insanlarla oturub-durmaq.

Çox təəssüf ki, müasir cəmiyyətdə batil insanların sayı artmaqdadır və cavanların bir çoxu da agahsızlıq üzündən onlara meyl edirlər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, Allaha və Qiyamət gününə imanı var, kafirlə qardaş olmamalıdır. O kəs ki, kafirlə qardaşlıq edər, kafir olar”.

4. Məaddan qəflətdə olmaq və ölümü unutmaq.

Cəhənnəm əhlinin dördüncü naləsi - ölümü unutmaq və məadı inkar etməkdir. Dini təlimlərdə oxuyuruq ki, məadı inkar etmək bütün İlahi dəyərləri aradan aparar və məhv edər. İnsanı günaha cürətləndirər.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930