Ayətullah Xamenei özünü elçilik və kəbin mərasimindən danışıb
Yazıçı Hidayətullah Behbudinin yazdığı “Şərhi-İsm” İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin həyatından bəhs edən bir kitabdır.
Həmin kitabda Ayətullah Xameneinin evliliyinin necə baş tutması belə yazılır: "Məşhədə qayıtdıqdan az keçmişdi. Banu Xədicə ikinci oğlunu evləndirmək niyyətində idi. O əlini çırmaladı. O oğlu üçün dindar və ənənəvi bir ailədən bir qız tapmışdı. Banu-Xədicə təklifi oğluna etdi. O da qabağa düşdü və elçiliyin ilkin işlərini gördü. Banu Xədicə 4-5 il öncə Seyid Məhəmməd üçün etdiyini bu dəfə ikinci oğlu Seyid Əli üçün etdi. Hacı Məhəmməd İsmayıl Xocəstə Baqirzadə (gəlinin atası) Məşhəddə dindar tacirlərdən biri idi. O qəbul etdi ki, qızını Qumdan yenicə köçüb bura gələn 25 yaşlı bir tələbəyə versin. Onun məqsədi Məşhəddə məskunlaşmaq idi. Ayətullah Milani o gənc tələbəni yaxından tanıyır, Məşhədin tanınmış alimləri ona yaxından bələd idilər və onu sevirdilər. Evlənmək və toy xərcləri razılaşdırıldığı kimi bəyin öhdəsində idi və onu Ayətullah Hacı Seyid Cavad Xamenei təmin etdi. Elə də böyük rəqəm deyildi. Amma kəbin mərasimindəki xərclər gəlinin ailəsinin öhdəsində idi. Bu məsələni diqqətdən qaçırmaq olmaz. "Onlar nisbətən imkanlı idilər. Edə bilərdilər və etdilər” 1964-cü ilin payızının əvvəlində Seyid Əli Xamenei və Xöcəstə xanım evləndilər. Onların kəbinini də Ayətullah Milani oxudu. Bundan sonra ömrünün 17-ci baharında olan gəlin Seyid Əlinin həyatına daxil oldu. O xanım Seyid Əlinin şəxsi və siyası həyatın bütün soyuq və çətin anlarında onunla birgə oldu və onunla mehriban dost və qəminə şərik oldu. Onlar sadə toy mərasimi üçün dəvətnaməni hazırladılar. Küçənin aşağı hissəsində yerləşən gəlinin atasının evində keçiriləcək mərasimin zamanı müəyyən edildi. O zaman cənab Xamenei girəcəkdə durub, qonaqları qarşılayırdı. Toy mərasimi dedikdə o zamanın dindar və ənənəvi ailələrinin keçirdiyi kiçik və sadə bir mərasim nəzərdə tutulur. Kəbindən sonra bir evə girməmişdən öncə Xamenei ailəsinin gəlini bildi ki, onun 25 yaşlı əri mübarizə meydanlarının adamıdı. “İlk günlərdə idi ki mən siyasi məsələlərdə olduğumu ona açıb dedim. Bəlkə də bunu öncədən bilirdi. Amma o məni əsasən alimlərin sevimlisi olan bir din tələbəsi kimi görürdü.” (Ayətullah Xameneinin xatirələrindən, Kitab- “Şərhi-İsm”) (İslaminSesi) Oxşar xəbərlər
|