Dünya əlçatmaz ilğım kimidir
Qurani-Kərim buyurur: “Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir.
Odur ki, oddan uzaqlaşdırılan və cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (Ali-İmran” 185). O zaman ki, insan dünyanı hədəfi qərar verər, böyük səy və çalışmadan sonra məqsədinə çatar, görər ki, istədiyi rahatlığı əldə etməmişdir. Bu şey onun həqiqi məqsədi olmamışdır. Ona görə də insan hiss edər ki, dünya onu hər an aldadır. İlk olaraq onu inandırır ki, axtardığın şey məndədir. Ona görə də mənə tərəf tələs ki, həmin şeyi əldə edəsən. Ancaq o zaman ki, böyük çətinliklə onu əldə edir, başa düşür ki, əlçatmaz ilğımdan başqa bir şey deyilmiş. Budur həyatın aldadıcı matahı. İnsanın həqiqi axtardığı şey və həqiqi məqsədi ancaq Allahın yanındadır, ancaq Allah ona istədiyi həqiqi şeyi verə bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|