Həyat yoldaşına xidmət edən qadının Allah yanında dəyəri
İmam Sadiq (ə) buyurub: Hər bir qadının həyat yoldaşına verdiyi bir qurtum su onun bir illik orucundan və bir illik gecə oyaq qalıb namaz qılmasında üstündür.
Mütəal Allah ərinə bir qurtum su verən qadına hər verdiyi qurtumun qarşılığında behşitdə bir şəhər hədiyyə edər və onun 60 günahını bağışlayar (Vəsailuş-şiə. Cild-14. Səh-123). İstər Quran ayələri olsun, istər dəyərli və hikmət dolu hədislər olsun bütünlüklə bəşərə, insanlığa xidmət edir. İslam qanunları insanın həm fərdi, şəxsi həyatında, həm də ictimai davranışında xüsusi əhəmiyyətə malikdir. Təbii ki, dünya həyatımızda hər bir işin qarşılığı olduğunu müşahidə etdiyimiz kimi, axirət həyatında da iş və əməllərimizin qarşılığını ğörəcəyik. Həm də Rəhman Allahıh sonsuz rəhməti daxilində. Quran buna işarə edərk buyurur: Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz (Ənam-160). İmam Sadiq (ə) ın qadınlar barəsində buyurduğu bu dəyərli kəlam da ilahi rəhməti özündə əks etdirir. Allah Təala ailəyə və ailənin qorunmasına o qədər dəyər verir ki, bu müqəddəs əmanəti hər çətinlik və iztirabla qoruyanları Ozünün sonsuz rəhmətinə şamil edir. Xüsusən də qadınları ki, onlar ailənin tam və mökəm olmasında, övlad tərbiyyəsində xüsusi rola malikdirlər. Bir xanım Allaha, dininə etiqadı ola, özünü və ailəsini qoruya, özünü yalnız ərinə həsr edə, həyat yoldaşı qarşısında itaətkar və təvazökar ola ona yetişəcək ilahi rəhmət sayıb bitirmək olmaz. Həmin xanım həm Allah yanında, həm də ailəsində dəyərli və ehtirama layiq olar. İmamın da (ə) buyurduğu kimi onun verdiyi bir qurtum su belə hesaba gəlməz behşit nemətləri ilə qarşılıq alar. Oxşar xəbərlər
|