İmam Rzanın (ə) Məmuna salavat cavabı
Mьəllif: admin1
Tarix: 27-09-2022, 21:15
İmam Rzanın (ə) Məmuna salavat cavabı
“Həqiqətən, Allah və Onun mələkləri daim salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat)göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).

İmam Rza (ə) məclislərin birində Məmuna buyurur: “O zaman ki, bu ayə nazil olur, Peyğəmbərə (s) deyirlər: “Sənə təslim olmağın mənasını başa düşmüşük, ancaq salavat keyfiyyətini bilmirik”.

Həzrət (s) buyurdu: Deyin:

اللَّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَما صَلَّیْتَ وَ
بارَكْتَ عَلى ابْراهیمَ وَ آلِ ابْراهیمَ انَّكَ حَمیدٌ مَجیدٌ.

Sonra İmam (ə) buyurur: “Ey insanlar! Sizin aranızda Peyğəmbərə (s) salavat göndərməklə bağlı fikir ayrılığı vardırmı?”.

Məmun cavab verir: “Bu, elə həqiqətdir ki, onda fikir ayrılığı mövcud deyildir. Bütün İslam cəmiyyəti salavat göndərməyin lazımlığını bilir. Ancaq, ey Peyğəmbər (s) övladı, Ali-Muhəmməd (ə) üçün başqa bir dəliliniz vardırmı?”.

“Bəli. Quran buyurur: “Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur.

Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,) Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qur’ana and olsun ki, Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən). (Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda)”. (“Yasin” 1-4)”.

İmam (ə) məclisə buyurur: “Yasin kimdir?”. Məclisdə olanlar deyir ki, şübhəsiz ki, Peyğəmbərdir (s).

Həzrət (ə) buyurur: “Həqiqətən, Allah Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) elə inayət etmişdir ki, heç kəs ona çatmaz, məgər ağıl və bilik nuru ilə. Allah Quranda peyğəmbərlərdən qeyrisinə salam verməmişdir”.

Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin)”. (“Saffat” 79).
“Salam olsun İbrahimə!”. (“Saffat” 109).

İmam (ə) davam edir: “Ey Məmun! Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmək – İlahi vacibatdır ki, vacibliyi namazın təşəhhüdündə qəti və həqiqi bir məsələdir”.

Şafeyi – məhşhur din fəqihlərindən olmuşdur ki, o, deyir: “Əgər kimsə vacib namazında Ali-Muhəmmədə (ə) salavat göndərməz – salavatı salavat olmaz.

Ona görə də namazı namaz olmaz. Çünki vacibin bir hissəsini yerinə yetirməmiş olar. Vacibin bir hissəsini əda etməmək isə namazı batil edər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031